Türk dünyasının media əməkdaşlığı: Müsbət addımdır!
Yusif Nəzərli
11:04 17.10.2023
Media
1022
TDT ölkələri media sahəsində əməkdaşlıq üzrə bir sıra sənədlər imzalayacaq.
Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə rəhbər şəxslərinin 5-ci toplantısı keçirilib.
Təşkilatın mətbuat xidmətinə istinadən xəbər verilir ki, toplantıda Azərbaycanı Medianın İnkişaf Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov təmsil edib.
Bildirilib ki, toplantıya Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altinbek Maksutov moderatorluq edib.
Toplantıda çıxış edən Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev Türk dünyasının dezinformasiyaya qarşı birgə mübarizə aparmalı olduğunu vurğulayıb.
Qeyd edilib ki, Türk dövlətləri arasında media sahəsində əməkdaşlığı nəzərdə tutan bir sıra sənədlərin imzalanması planlaşdırılır.
Özbəkistan tərəfinin təşəbbüsü ilə tərəflər Türk Dövlətləri Təşkilatının media və İnformasiya üzrə məsul şəxslərinin 6-cı toplantısının Özbəkistanda keçirilməsi barədə qərar qəbul ediblər.
Məsələ ilə bağlı “Sherg.az”a açıqlamasında tanınmış teletənqidçi, BDU-nun "Multimedia və elektron kommunikasiya” kafedrasının rəhbəri Qulu Məhərrəmli, TDT ölkələrinin əməkdaşlıq sahəsində imzalanan ilk sənəd olmadığını bildirib:
"Son illərdə türk dövlətləri arasında həm iqtisadi-siyasi, həm də mədəniyyət sahəsində əlaqələrin genişlənməsi istər-istəməz media sahəsində də əməkdaşlığı labüd edir. Ona görə də belə sənədlər imzalanır, əməkdaşlıq hüquqi müstəviyə keçir, tərəflərin öhdəlikləri yaranır. Hesab edirəm ki, bu türk ölkələri arasında əməkdaşlığı dərinləşdirir. Müsbət addımdır, bu kontekstdə türkcə media qurumları ilə Azərbaycan media təşkilatlarının yaxınlaşması, cəmiyyəti məlumatlandırmaq sahəsində təcrübə mübadiləsinin aparılması, qarşılıqlı səfərlərin təşkil olunması birgə Azərbaycan-Türkiyə media qurumlarının yaradılması gələcəkdə cəmiyyətin daha geniş məlumatlandırılmasına və media sahəsində problemlərin aradan qaldırılmasına kömək göstərəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət