Alim hiddətləndi:“ Natəvanın abidəsinə qarşı vandalizmdə erməni barmağı var”
Fidan Həmişəyeva
15:36 11.03.2020
Müsahibə
2660
Kərəm Məmmədov: “Bir daha məlum oldu ki, ermənilər onlara edilmiş yaxşılığa vandallıqla cavab verirlər”
Belçikada Azərbaycanın görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın abidəsinə qarşı vandalizmin törədilməsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib: “Belçikanın Vaterlo şəhərində görkəmli şairə, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın abidəsinə qarşı vandalizmin törədilməsi ilə əlaqədar şəhər polisi tərəfindən cinayət işi açılıb. 2016-cı ildə ucaldılmış heykəl Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələri siyahısına daxildir və bu səbəbdən sözügedən hadisə polis tərəfindən araşdırılır”.
Bu vandalizmin Ermənistan baş nazirinin Belçikaya səfəri zamanı baş verməsi diqqəti cəlb edir. Abidələrimizə qarşı erməni vandalizmini hər zaman müşahidə etmişik. Görkəmli şairəmizin heykəlinə edilən hörmətsizliklə əlaqədar cinayət işinin başlanması yəqin ki, müsbət sonluqla nəticələnəcək.
Bəzi insanlarda milli mənsubiyyətin olmadığını deyən tarix elmi üzrə fəlsəfə doktoru Kərəm Məmmədov “Sherg.az”a söyləyib ki, Natəvanın abidəsinə qarşı vandalizm həmin şəxslərin aşağı səviyyəli olduğunu göstərir:
“Düzdür, “vandal”, “barbar” kimi sözlər qədim Romada yaranıb. Bu adlar daha çox latın olmayan tayfalara verilib. Amma bu gün hər bir etnosun içində yetərincə vandallar var. Xurşidbanu Natəvan nə siyasi xadim, nə sərkərdə, nə də dövlət başçısı idi. Adi bir şairənin heykəlinin təqhir edilməsi bu işi görənlərin səviyyəsini sübut edir. Natəvan gənc yaşlarında oğlunu itirmiş bir şairə olub. O, ömrü boyu millətlər arasında düşmənçiliyi yox, dostluğu təbliğ edib. Natəvan bir zamanlar Qarabağa köçürülmüş ermənilərə də yardım göstərib”.
K.Məmmədov şairənin heykəlinə qarşı hörmətsizlikdə erməni barmağı olduğunu əminliklə qeyd edib:
“Bir daha məlum oldu ki, ermənilər onlara edilmiş yaxşılığa vandallıqla cavab verirlər. Bununla bağlı Gürcüstan Demokratik Respublikasının qurucularından olan Noy Jordaniyanın gözəl bir sözü var: “Ermənini nə qədər yedirtsən də, gözü hər zaman meşədədir”. Əminəm ki, bu, ermənilərin işidir. Vaterloda yaşayan ayrı-ayrı millətlər, bəlkə də, Natəvanı tanımırlar. Onlar belə vandallığı etməzlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət