"ABŞ-nin İranla mümkün hərbi toqquşma fonunda qaçqın axını ola bilər ki, bu da humanitar böhran yarada bilər"
"Çünki Azərbaycanla İran çox böyük sərhədə malikdir. Türkiyə tərəfi qabaqlayıcı tədbir kimi İranın öz daxilində səhəddə xüsusi buffer zona yaradıla biləcəyi ehtimalını da irəli sürüb. Bu baxımdan, Türkiyə və Azərbaycan qabaqlayıcı tədbirlər görməli və regiondakı riskləri minimuma endirməlidir"
Azərbaycanın xarici siyasət kursu son illərdə regionda diqqət mərkəzində olan mövqeyini daha da möhkəmləndirib. Bu kontekstdə Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə ilə Prezident İlham Əliyevin Avropa və Vaşinqton səfərlərinin əhəmiyyəti, regionda sülh və əməkdaşlıq perspektivləri, həmçinin Azərbaycanın Ermənistan və ABŞ-la münasibətləri barədə söhbət etdik.
Sherg.az müsahibəni təqdim edir:
- Azərbaycan Prezidentinin ABŞ-yə səfərini və Vaşinqtonda aparılan danışıqları necə qiymətləndirirsiniz? Bu səfər Azərbaycanın xarici siyasət kursunda yeni mərhələ hesab oluna bilərmi?
-Təbii ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət öz bəhrəsini verməkdədir. Xüsusilə 2020-ci ildə, İkinci Qarabağ Müharibəsində əldə edilmiş uğurlar regionda reallıqları dəyişib. Bugün Azərbaycan regionun lider dövlətidir, söz və gücə sahibdir. Hər hansı regional layihədə Azərbaycanın iştirakı mütləqdir. Azərbaycanın iştirakı olmadan bu bölgədə layihələrin həyata keçirilməsi mümkün deyil. Böyük dövlətlər də bunu qəbul edirlər. Xüsusilə Əmirliklər və Avropa ölkələri Azərbaycanla iqtisadi və siyasi sahələrdə əməkdaşlığa maraqlıdırlar. Digər tərəfdən 8 avqust tarixində Prezident İlham Əliyev Vaşinqtonda yalnız Ermənistanla deyil, həm də ABŞ ilə işgüzar yeni münasibətlərin formalaşmasına şahidlik etdi. Artıq Azərbaycan-Amerika dövlətləri arasında strateji əməkdaşlıq haqqında sənəd hazırlanır, qarşılıqlı səfərlər və komissiya görüşləri ilə bu əməkdaşlıq inkişaf mərhələsindədir. Əvvəllər müəyyən məhdudiyyətlər olsa da, indi bu münasibətlər artan dinamika üzrə davam edir. Azərbaycanın iştirakı prosesi sürətləndirən əsas faktordur. Münasibətlər və əməkdaşlıq artan dinamika üzrə inkişaf etməkdədir.
-Yaxın zamanda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanması realdırmı? Prosesin qarşısında duran əsas siyasi və hüquqi maneələr hansılardır?
-Əsas maneə Ermənistanın Azərbaycan ərazilərinə qarşı iddialarıdır. Ermənistan tərəfi bu məsələ ilə bağlı konkret addımlar atmalıdır. Sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişikliklər edilməli və referendum keçirilməlidir. Hazırda parlament seçkilərinə hazırlıq gedir. Konstitusiyaya dəyişiklik və sülh müqaviləsi yalnız seçkilərdən sonra mümkün ola bilər. Eyni zamanda, dəhlizin açılması ilə bağlı Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. 2008-ci ildə imzalanan razılaşmalardan sonra Azərbaycan və Ermənistan müəyyən məhdudiyyətlər altında əməkdaşlıq edirdi. Azərbaycan bu müddət ərzində Ermənistanla ticarət və digər sahələrdə qarşılıqlı addımlar atıb: mal tədarükü, benzin göndərişi, həbsdə olan şəxslərin verilməsi, vətəndaş cəmiyyəti nümayəndələrinin səfərləri. Bütün bunlar sülh müqaviləsinin imzalanmasına hazırlanma prosesini göstərir. Ermənistan tərəfi öhdəliklərini yerinə yetirsə, sülh müqaviləsi imzalanması mümkün olacaq.
-Cənubi Qafqazda siyasi dinamika necədir? Bölgədə əsas təsir güclərinin strategiyası və Azərbaycanın rolu nədir?
-Cənubi Qafqazda hər zaman böyük dövlətlərin maraqları olub. Rusiya bölgədə əsas təsir gücüdür və Ermənistana ciddi iqtisadi və hərbi təsir imkanlarına malikdir. Azərbaycanın təsir imkanları isə taktiki olaraq artır və regionda müstəqil siyasət yürüdür. İqtisadiyyat və nəqliyyat sahəsində atılan addımlar regionda yeni reallıqlar yaradıb. Azərbaycan regionun əsas lider dövlətidir, digər güclər (ABŞ, Avropa ölkələri, Çin) bölgədəki maraqlarını həyata keçirərkən Azərbaycanın rolunu nəzərə alırlar. 2020-ci ildən sonra Azərbaycan dörd bölgədəki reallıqları dəyişib və 2023-cü ildə yeni situasiya yaradıb. Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə həyata keçə bilməz.
-İran və ABŞ arasında artan gərginlik Azərbaycan üçün hansı riskləri yarada bilər?
- Regional dövlət olaraq Azərbaycan üçün bəzi risklər mövcuddur. Sülhün sabitliyi və gərginliyin qarşısının alınması Azərbaycan üçün vacibdir. Bunu dəfəllərlə bəyan etmişik. Eyni zamanda canab prezident, İran prezidenti ilə telefonla danəşandada xüsus olaraq vurğuladı ki, müharibə riskini aradan qaldırmaq üçün, istənilən dəstəyi də verməyə hazırdır. Ortada Cənubi Azərbaycan faktoru var və İranda 40 milyon civarında bizim bacı-qardaşlarımız yaşayır. Onların həyati təhlükəsizliyi bizim üçün vacib məsələlərdən biridir. Həmçinin mümkün hərbi toqquşma fonunda qaçqın axını ola bilər ki, bu da humanitar böhran yarada bilər. Çünki Azərbaycanla İran çox böyük sərhədə malikdir. Türkiyə tərəfi qabaqlayıcı tədbir kimi İranın öz daxilində səhəddə xüsusi buffer zona yaradıla biləcəyi ehtimalını da irəli sürüb. Bu baxımdan, Türkiyə və Azərbaycan qabaqlayıcı tədbirlər görməli və regiondakı riskləri minimuma endirməlidir.
-Regional gərginlik və mümkün toqquşmalar fonunda Azərbaycan öz milli təhlükəsizlik arxitekturasını necə qurmalıdır?
-Azərbaycan çox doğru siyasəti yürütməkdədir. Prezidenti İlham Əliyevin xəxsusilə də son dönəmlərdə çox vektorlı xarici siyasəti öz bəhrəsini verir. Bu mənada biz balanslaşdırılmış siyasət yürütməyə davam etməliyik. Bütün olan keçənlərə baxmayaraq, istər Şimal, istər Cənub qonşumuzla,istərsə də region ölkələri ilə balanslaşdırılmış siyasət yürütməkdə, sülhə yönəlik əməkdaşlıqda maraqlıyıq. Bu istiqamətdə də siyasətimizi davam etməliyik. Hesab edirəm ki regiondan kənar, amma regiona digər formada təsir etmək imkanlarına malik olan ölkələrlə də balanslaşdırılmış siyasətə çox ehtiyac var Həmçinin egionun həm siyasi, həm hərbi, həm iqtisadi cəhətlərinin əsasa aparıcıı dövləti olaraq dayanıqlı sülhə və sabitliyə nail olunmasında da əsas məsuliyyət taşıyan tərəflərdən birincisiyik. Bu baxımdan da biz daha çox balanslaşdırılmış siyasətə üçünlük verməliyik ki, regionda layihələrin gerçəkləşdirilməsində problemlər yaranmasın.