Makron: Avropa ABŞ ilə Çindən asılılığı azaltmalıdır

London və Paris dünyada artan təhlükələrə birgə qarşı durmalı və ABŞ ilə Çindən asılılığı azaltmalıdır.
Teleqraf xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniya parlamentində çıxış edərkən bildirib.
“Bir tərəfdən subsidiyalar və ədalətli rəqabətə təhdid yaradan Çin, digər tərəfdən isə Ümumdünya Ticarət Təşkilatının qaydalarından getdikcə uzaqlaşan və ticarət müharibələri aparan ABŞ var. Böyük Britaniya və Fransa birliyimizin vəziyyəti yaxşı istiqamətə dəyişə biləcəyini dünyaya bir daha göstərməlidir",- o qeyd edib.