
Politoloq: Azərbaycan–İran iqtisadi əlaqələrinin dərinləşməsi regional təxribatlara cavabdır
12:36 23.09.2025
Region
511
Azərbaycan bir daha İrana üzərinə götürdüyü öhdəliklərə, imzaladığı sənədlərə sadiqliyini nümaiş etdirir
Son dövrlərdə regionda baş verən siyasi proseslər və aparılan diplomatik təmaslar fonunda Azərbaycanla İran arasında münasibətlərin gedişatı yenidən diqqət mərkəzidədir. Xüsusilə iqtisadi əməkdaşlığın və birgə infrastruktur layihələrinin gələcəyi bu kontekstdə mühüm əhəmiyyət daşıyır. Rəsmi səfərlər çərçivəsində aparılan danışıqlar, tərəflər arasında yaranmış bəzi texniki və siyasi anlaşılmazlıqların aradan qaldırılması, eləcə də əməkdaşlığın yeni mərhələyə keçidini təmin etməyə yönəlib.
Bu çərçivədə İran Prezidenti Məsud Pezeşkian, İranda səfərdə olan Baş nazirin müavini, Azərbaycan-İran Hökumətlərarası Komissiyasının sədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı Prezident İlham Əliyevin salamları və xoş arzuları İran Prezidentinə çatdırılıb. Tərəflər bildiriblər ki, hər iki ölkə rəhbərliyinin siyasi iradəsi və diqqəti sayəsində Azərbaycan-İran münasibətləri uğurla inkişaf edir. Həmçinin görüşdə möhkəm təməllər üzərində qurulmuş bu əməkdaşlığın daha da genişləndirilməsi və birgə layihələrin ardıcıl şəkildə həyata keçirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Sherg.az-a açıqlamasında bu səfərin avqustda Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin görüşündən sonra İrana edilən ilk səfər olduğunu qeyd edib:

"Həmin görüşdən sonra İran prezidenti Məsud Pezeşkian İrəvanda səfərdə oldu. Amma Azərbaycan baş nazirinin müavini, Azərbaycan-İran hökumətlərarası komissiyasının sədri Şahin Mustafayevin İrana səfəri ölkələr arasında yarımçıq qalan layihələrin tamamlanmasının və bu istiqamətdə görülən işlərin gedişatı baxımından maraqlıdır. Çünki Arazın üstündən çəkilən körpünün İranın tikmədiyi və yarımçıq qaldığına dair xəbərlər yayıldı. İran bəyan edir ki, bu körpü ilin axırına qədər istifadəyə veriləcək".
Ekspert Azərbaycanla İran arasında münasibətlərin, iqtisadi əlaqələrin inkişafının, normallaşmasının, dərinləşməsinin iki ölkənin münasibətlərinə problem yaradanlara cavab baxımından önəmli sayıla biləcəyini vurğulayıb:
"Bu həm də Azərbaycan prezidenti İlham Əliyevin İranla bağlı siyasətinin davamlılığının göstəricisidir. Azərbaycan bir daha İrana üzərinə götürdüyü öhdəliklərə, imzaladığı sənədlərə sadiqliyini və bunların davamlı olduğunu nümaiş etdirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual