Bakıdan rayona işləməyə gedən peşə sahibləri var
Yusif Nəzərli
09:03 23.02.2022
Cəmiyyət
774
Ödənişli yollarda bəzi insanlara güzəştlər tətbiq olunmalıdır
Azərbaycanda inşa edilən ilk ödənişli magistral avtomobil yolunun istifadəyə veriləcəyi tarix açıqlanıb. Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov deyib. Onun sözlərinə görə, 152 kilometrlik Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi birinci texniki dərəcəli avtomobil yolunun tikintisi davam etdirilir: "2022-ci ildə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi birinci texniki dərəcəli avtomobil yolunun tikintisi, həmçinin M2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsinin yekunlaşdırılması planlaşdırılır".
Nəqliyyat üzrə ekspert İlqar Hüseynli "Şərq"ə açıqlamasında bildirib ki, ödənişli yolların ödənişsiz alternativi də olmalıdır:
"Azərbaycan müəyyən dövlətlərin beynəlxalq təcrübəsindən istifadə edərək ödənişli yol layihəsini gündəmə gətirib. Bildiyimiz kimi, Salyan ərazisindən Astaraya qədər seçilən magistral yol inşa edilib. Həmin yolun da ödənişli olması planlaşdırılıb. Məsələ xeyli müzakirə olunduqdan sonra ödəniş sistemləri o yollara tətbiq edilməyib. Çünki yollardan gündəlik istifadə edən insanlar bir rayondan digərinə gedir.
Bələdiyyə ərazilərində yaşayıb, aqrar bizneslə məşğul olan şəxslərin rayonlara gündəlik yükdaşıma səfərləri olur. Beləliklə, Salyan-Astara yolunun ödənişli fəaliyyət göstərməsi dayandırılıb. Eyni proses Bakı-Quba-Rusiya federasiyası ərazisinə qədər çəkilən həmin o 152 kilometr yollara da nəzərdə tutulub. Dünya təcrübəsində də belə yollar var. Ödənişli yolların əcnəbi yükdaşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinə tətbiq edilməsi mümkündür".
Ekspert onu da əlavə edib ki, ödənişli yol açıldıqdan sonra həmin ərazidə yaşayan insanlara güzəştlər tətbiq olunmalıdır:
"Hüquq-mühafizə orqanları, həkimlər, müəllimlər, mühəndislər kimi Bakıdan rayona işləməyə gedən peşə sahibləri var. Onlara güzəştli kart sistemi tətbiq edilməlidir. Daxil olarkən həmin şəxslərdən ödəniş tələb olunmamalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
17:06 18.11.2026
Media
Numan Kurtulmuş Özgür Özəli ziyarət edəcək
16:57 18.11.2026
Siyasət
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
16:54 18.11.2026
Ekologiya