"AYB-nin ev məsələsi kökündən yanlışdır və yanlışlar seriyası davam edir" - Şərif Ağayar
11:11 27.11.2023
Ədəbiyyat
1799
"Nə Anarın büdcə vəsaiti hesabına ev paylamaq səlahiyyəti doğrudur, nə tərtib olunan siyahı, nə o siyahıya düşdüyü üçün özünə bəraət qazandıranlar..."
3000 üzv, 21 mənzil. Di gəl, payla görüm, necə paylayırsan?!. 21nəfər razı qalacaq, mənzilə ehtiyacı olub almayanlarsa narazı qalacaq. Hələ üstəlik, milçəkdən fil düzəltməyi bacaran insanlarımız da qoşulacaqlar narazılar cərgəsinə. “Yerindən qalxan”, bildi, bilmədi, başlayacaq danışmağa, kimisə haqlı, kimisə haqsız çıxarmağa.
Cəmiyyətin adəti üzrə hərəkət edir. Hər halda bizim cəmiyyət. Həmişə belədir. AYB-nin budəfəki mənzil bölgüsünə damğa vuransa gənc yazar Ulucay Akifdir:
“Ev verilənlər arasında yeganə gənc yazıçı mənəm. O evə özümü tam layiq bilirəm. Hesab edirəm ki, o siyahıda olanlar içərisində ən layiqli özüməm. Çünki 10 ildir ki, həm yazarlıqla, həm də jurnalistika ilə məşğulam. 25 yaşımdan Azərbaycanın ən böyük və populyar mədəniyyət saytının, "Kulis.az"ın baş redaktoruyam. Yazdıqlarım, onlara gələn reaksiyalar və oxucu auditoriyamın sayı göz qabağındadır. Mənə ev verilməsindən məmnunam və bunu çox ədalətli addım sayıram”.
Gənc yazar sinəsini irəli verib, “kim istəyir çıxsın qarşıma, dərsini verim”, deyir. Düzmü, deyir?
Yazıçı və şair Şərif Ağayar (Şərif Ağ) “Sherg.az”a açıqlamasında AYB-nin ev məsələsinə görə hamının “zibilə düşdüyünü” bildirdi:
- Bir dəfə bir jurnalist dostumuz kinodan xəbər yazmışdı, ömrümdə bir cümlədə bu qədər səhv görməmidim. Yazmışdı: Mədəniyyət Fondunun kino idarəsinin rəisi Cəmil Quliyev. İndi səhvlərin sayına baxın: 1. Mədəniyyət yox, Mədəniyyət və Turzim. 2. Fond yox, Nazirlik. 3. Kino yox, kinematoqrafiya. 4. İdarə yox, şöbə. 5. Rəis yox, müdir. 6. Cəmil Qulyev yox, Cəmil Fərəcov. Üstəlik, cümlədəki məlumat da yanlış idi. Cəmil Fərəcov çıxmışdı vəzifədən. Beləliklə: 7 söz - 7 səhv! AYB-nin ev məsələsi də bu cürdür - hər şey kökündən yanlışdır və yanlışlar seriyası davam edir. Nə Anarın büdcə vəsaiti hesabına ev paylamaq səlahiyyəti doğrudur, nə tərtib olunan siyahı, nə o siyahıya düşdüyü üçün özünə bəraət qazandıranlar, nə o siyahıya etiraz edənlər, nə etirazçıları qınayanlar, nə də etirazçıları qınayanları qınayanlar... Qısası, hamı zibilə düşüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat