“3+3” platforması:“Regionun taleyində dəyişiklik olacaq”
Banuçiçək Kalbalıyeva
14:45 03.03.2021
Qarabağ
945
“ “Qafqaz eli” ideyası keçən əsrdən var idi"
"Təcrübə göstərdi ki, böyük dövlətlərin iştirakı olmadan məsələni reallaşdırmaq qeyri-mümkündür"
“Gürcüstanın da iştirakı ilə“altılıq” platformasının yaranması ehtimalı daha çoxdur”
Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcü həmkarı David Zalkaliani ilə birgə mətbuat konfranı keçirib. Görüş zamanı altılıq platforması barədə də danışılıb. Çavuşoğlu bildirib ki, Azərbaycanın təklif etdiyi “3+3” platforması regionda sülhü dayanıqlı etmək üçündür.
Nazirin sözlərinə görə, “3+3” platformasının məqsədi logistik, iqtisadi, enerji sahələrindəki layihələrlə bağlı etibarlı addımlar atmaqdır.
“Biz bu məsələdə Gürcüstanın mövqeyinə hörmətlə yanaşırıq”, - deyə M. Çavuşoğlu vurğulayıb.
Aydın məsələdir ki, tərəflərdən dördü- Azərbaycan, Türkiyə, Rusiya və İran bu platformanı yaratmaq istəyirlər. Əlbəttə, region güclərilə müttəfiq olmaq Ermənistanın da ürəyincədir. Bunun üçün sadəcə “ağlını başına yığmalıdır”. Ən çox tərəddüd edən Gürcüstandır. O, torpaqlarını işğal edən Rusiya ilə eyni layihədə yer almaq istəmir. Türkiyə isə israrlıdır...Belə bir vəziyyətdə məsələnin necə həll olunacağı çoxlarını düşündürür.
Keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “3+3” platformasına dair “Sherg.az”a danışarkən layihənin üstünlüklərini açıqladı:
“Azərbaycan prezidenti platforma barədə təklif edəndə söyləmişdi ki, beş dövlət birləşsin və əgər Ermənistan da işğalçılıq siyasətindən əl çəkərsə, “altılıq” yaranar. Əlbəttə, təşəbbüs reallaşacağı təqdirdə regionun taleyində mühüm dəyişiklik olacaq.
Hətta platformanın təsiri bölgə miqyasından kənara da çıxa bilər. Ümumiyyətlə, 3+3 formatı son illərdə ən əhəmiyyətli regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq layihəsidir. O, ciddi geosiyasi və geoiqtisadi əməkdaşlıq vəd edir”.
P.Hüseyn, həmçinin Gürcüstanın məsələyə münasibətindən də söz açdı:
“ “Qafqaz eli” ideyası keçən əsrdən var idi. Sadəcə təcrübə göstərdi ki, böyük dövlətlərin iştirakı olmadan məsələni reallaşdırmaq qeyri-mümkündür. Həmin təklifin məhz “altılıq” platforması şəklində baş tutması regional əməkdaşlığın və təhlükəsizliyin qarantıdır.
Beləliklə, fərqli geosiyasi mənzərə yaranacaq, böyük iqtisadi bazar formalaşacaq. Belə bir halın rəsmi Tbilisinin də maraqlarına cavab verməsi şübhəsizdir.
Düzdür, NATO və ABŞ-la əlaqələri inkişaf etdiyinə görə, Gürcüstan konkret qərar verməkdə çətinlik çəkir. Ancaq, məncə, Gürcüstanın da iştirakı ilə“altılıq” platformasının yaranması ehtimalı daha çoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya