“Biz də Xankəndiyə, Xocalıya qayıtmaq istəyirik”
Yusif Nəzərli
02:43 24.12.2022
Qarabağ
1024
Ceyran Əzizova: “Sağlıq durumum əlverişsiz olsa da, yenə də mən aksiyaya qoşulmağa hazıram”
“Qoy o sülhməramlılar mənim kimi minlərlə qarabağlını Xocalıya, Xankəndiyə aparıb evimizi bizə göstərsinlər və evimizdə yaşamağımıza imkan yaratsınlar”
Xocalı sakini Ceyran Əzizova aksiyada iştirak etmək arzusunu bildirib. “Xankəndi təkcə orada sonralar məskunlaşmış ermənilərə aid deyil, Xankəndi biz azərbaycanlıların doğma yurdu, Vətənidir. Bizim də orda evimiz, obamız olub. Amma erməni təcavüzü nəticəsində ev-eşiyimizdən didərgin salınmışıq. Xankəndiyə, Xocalıya, Kərkicahana qayıtmaq bizim təbii haqqımızdır”, söyləyən Ceyran Əzizova Xocalıda yaşadığı illərdən, igid ordumuz, şəhidlərimiz sayəsində artıq tarixə qovuşmuş “Dağlıq Qarabağ münaqişəsi” başlanan zaman azərbaycanlılara qarşı erməni separatçılarının törətdiyi soyqırımdan danışdı:
- Mən Xocalı sakiniyəm. Bunu dünyaya bəyan edirəm. Xocalıda evim vardı, ailəmlə xoşbəxt yaşayırdıq. Evimiz Xocalı rayon polis şöbəsinin yaxınlığında idi. Fərdi ev idi, özümüz tikmişdik. Polis şöbəsinin ətrafında 2-3 bina vardı, həm də fərdi yaşayış evləri. Xocalı əvvəlcə Əsgəran rayonunun tərkibində idi, münaqişə alovlanan illərdə Xocalıya şəhər statusu verildi. Mən Xankəndidəki peşə təhsili məktəbində mühasib peşəsi üzrə təhsil almışam, İpək fabrikində çalışmışam. Təhsilimi başa vurduqdan sonra Xocalıdakı uşaq bağçasında mühasib işlədim. Xocalı faciəsindən 3 il əvvəl ailə qurmuşdum, 2 övladım dünyaya gəlmişdi. Biz də digərləri kimi rahat həyat yaşayırdıq, ailəmiz, gələcəyimiz, övladımızın xoş gələcəyi ilə bağlı arzularımız vardı. 1992-ci il fevralın 25-26-na keçən gecə qiyamətədək unudulmayacaq faciə yaşadıq. Bunu illərlə bizimlə qonşu olan, özlərini dost kimi göstərən ermənilər etdi. Həmin gecə bizim böyük nəslimizin də soyqırımı oldu. Atam, bacım, həyat yoldaşım, bir qaynım, digər qaynımın da 17 yaşlı oğlu, baldızımın yoldaşı, bibim uşaqları – bir nəsildən 68 nəfər ermənilər tərəfindən qətlə yetirildi. Yalnız qayınanam əsirlikdən qayıtdı, onu başqa girovlarla dəyişdirmişdilər. Həyat yoldaşıma ermənilər işgəncə verib, sonra da tankla üzərindən keçmişdilər... Hələ də xəbər almadığımız, öldüsü-qaldısı bilinməyən qohumlarımız var. Bəlkə onlar da separatçı erməni cəlladlarının qazdığı hansısa kütləvi məzarlıqda basdırılıb. Bilmirik... Dediyim odur ki, o vaxt da biz qonşu idik, amma qonşu saydıqlarımız, qapımızı açdığımız, çörək verdiyimiz adamlar bizə zülm etdilər. Üzümüzə yalandan gülə-gülə dağıdıcılıq fəaliyyəti ilə məşğul imişlər. Bu zülmü unutmaq olmaz. Unutsaq, şəhid ruhları bizi bağışlamaz. Axirətdə həyat yoldaşımın qarşısında başıaşağı olaram.
C.Əzizova bildirdi ki, Xankəndi ermənilərinin haqqını qorumağa çalışan beynəlxalq güclər, bəzi dövlətlər azərbaycanlıların da 30 il əvvəl Xankəndidə, Xocalıda, Kərkicahanda, bütün Qarabağda yaşadığını, evləri-eşikləri olduğunu nəzərə alsınlar: - Xankəndiyə, Xocalıya qayıtmaq, 30 il əvvəl zorla çıxarıldığımız evimizə biz də qayıtmaq istəyirik. Şəxsən mən Xocalıya qayıdacağım günü həsrətlə gözləyirəm və bu mənim həyat amalımdır. Sağlıq durumum əlverişsiz olsa da, yenə də mən aksiyaya qoşulmağa hazıram. Məsələ Vətənsə, heç vaxt heç nədən çəkinmirəm. Aksiyaya qoşulmağa hazıram. Mən də aksiyaya “Xocalı sakiniyəm, məni Xocalıya buraxın” çağırışı ilə qatılmaq istəyirəm. Qoy o sülhməramlılar mənim kimi minlərlə qarabağlını Xocalıya, Xankəndiyə aparıb evimizi bizə göstərsinlər və evimizdə yaşamağımıza imkan yaratsınlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran terrorçuluqda təqsirli bilinən iki şəxsi edam etdi
10:28 04.04.2026
Dünya
Səfir: Azərbaycan İrana dəstəyini davam etdirəcək
10:27 04.04.2026
Gündəm
Türkiyədə 5,2 bal gücündə zəlzələ oldu
10:20 04.04.2026
Hadisə
Bakıda şahmat festivalı keçiriləcək
10:11 04.04.2026
İdman
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
09:54 04.04.2026
Gündəm
İran İsrailə raket zərbələri endirir
09:26 04.04.2026
Gündəm
Kişinin sevgisinin yalan olduğunu göstərən 10 əlamət
08:44 04.04.2026
Sosial
Öpüşərkən niyə gözlərimizi bağlayırıq?
07:05 04.04.2026
Maraqlı
Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
06:00 04.04.2026
Maraqlı
Azərbaycanlı astronom NASA-da elmi-tədqiqat aparır
05:15 04.04.2026
Elm və Təhsil
“Uzak Şehir”də şok ayrılıq!
03:33 04.04.2026
Şou
Çiyələklərin ömrünü uzatmağın sirri budur
02:24 04.04.2026
Sağlamlıq
Rutte Trampla görüşmək üçün aprelin 8-dən 12-dək ABŞ-a səfər edəcək
01:55 04.04.2026
Dünya
Əraqçi və Fidan İran ətrafındakı vəziyyəti müzakirə ediblər
00:47 04.04.2026
Region
İran ABŞ-nin atəşkəs təklifini rədd edib
00:23 04.04.2026
Gündəm
ABŞ-nin daha bir təyyarəsi Yaxın Şərqdə vurulub - YENİLƏNİB
23:56 03.04.2026
Region