Ərdoğanla Putin danışdı: Rusiya Qarabağdan çıxır? - AKTUAL
Fidan Həmişəyeva
10:29 06.05.2021
Qarabağ
1150
"Ruslar sülhməramlı qüvvələr deyil, onlar işğalçı qüvvələr olaraq bölgədədirlər”
“Rusiya Türkiyə ilə razılaşacağı təqdirdə qoşunlarını yığıb, bölgədən gedəcək”
“Razılaşmasa, Qarabağ ətrafında problem davam edəcək”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Telefon söhbətində liderlər Qarabağ məsələsini, həmçinin Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini müzakirə ediblər. Bundan başqa, Ərdoğan və Putin Liviya, Suriya münaqişələri, eləcə də pandemiya ilə mübarizə tədbirləri ətrafında fikir mübadiləsi aparıb.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Sherg.az”a bildirib ki, nədənsə, belə telefon danışıqlarında sülhməramlı qüvvələrin missiyası, üçtərəfli bəyanat və Monitorinq Mərkəzinin fəaliyyətindən daha az söhbət gedir:
“Daha çox Türkiyə-Rusiya və qlobal siyasətdə baş verən dəyişikliklər zamanı bu iki dövlətin mövqelərinin öyrənilməsi müzakirə edilir. Onsuz da bilirik ki, ruslar sülhməramlı qüvvələr deyil, onlar işğalçı qüvvələr olaraq bölgədədirlər. Monitorinq Mərkəzinin fəaliyyətinə dair davamlı olaraq rəsmi məlumatlar olmalıdır. Amma indiyə qədər bir dənə də olsun cəmiyyətə informasiya verilməyib. Rusiya Türkiyə ilə razılaşacağı təqdirdə qoşunlarını yığıb, bölgədən gedəcək. Razılaşmasa, Qarabağ ətrafında problem davam edəcək. Ona görə də Ərdoğanla Putin arasındakı telefon danışığı hər iki dövlətin strateji maraqlarının təmin edilməsində qarşılıqlı razılaşmaya həsr olunub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm