“Ermənilər döyüş meydanda azərbaycanlılarla təkbətək qalanda qaçdılar” - Gürcü tarixçi
10:59 28.02.2021
Qarabağ
645
"Mən həmişə əmin olmuşam ki, ermənilər heç vaxt döyüşməyi bacarmır. Burada ermənilərin müdafiə sistemlərini görəndə də bir daha buna əmin oldum”.
APA-nın məlumatına görə, bunu Ermənistan işğalından azad edilmiş Füzuli rayonunda səfərdə olan tarix elmləri doktoru, Suxumi Dövlət Universitetinin professoru Quram Marxulia bildirib.
Gürcüstanlı tarixçi deyib ki, ermənilər “başqa dövlətin bayrağı altında döyüşəndə” qalib gəliblər: “Ermənilər nə vaxt meydanda azərbaycanlılarla təkbətək qaldı, döyüş meydanından arxalarına baxmadan qaçdılar. Dünən səfər etdiyimiz Ağdamda onların vandallığının şahidi olduq. Ağdam hazırda faktiki ölü şəhərdir. Onlar məsciddə inək, donuz saxlayıblar. Əgər sən xristiansansa, bu o demək deyil ki, müsəlmanların müqəddəs məkanlarına hörmətlə yanaşmamalısan. Qonşusunun ərazisinə iddia edən, milyonlarla insanı yurdlarından didərgin salan erməniləri Allah cəzalandırdı və Azərbaycan bu gün torpaqlarını işğaldan azad etdi. Mən inanıram ki, Azərbaycan dövlətinin iqtisadi gücü qısa müddətdə bu ərazilərdə şəhərləri, kəndləri bərpa etməyə imkan verəcək. Mən bir daha Azərbaycan xalqını böyük qələbə münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, Gürcüstan və Azərbaycan birgə müstəqilliyimiz və suverenliyimizin qorunması üçün mübarizə aparacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya