Jurnalistlər Kəlbəcərdə mina partlayışları baş vermiş ərazidədir - YENİLƏNİB + FOTO
Yusif Nəzərli
11:45 15.12.2022
Qarabağ
616
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bir qrup media nümayəndələri Kəlbəcər rayonuna - dekabrın 14-də mina partlayışları baş vermiş əraziyə gəliblər.
“Report”un Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, ərazidə jurnalistlərin müşahidəsi altında Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən minalardan və partlamamış hərbi sursatlardan təmizlənmə işləri yerinə yetirilib.
Qeyd edək ki, jurnalistlərin Kəlbəcərə səfərinin məqsədi onları erməni hərbi birləşmələri tərəfindən 2020-ci ildən mina basdırılan ərazilərlə tanış etmək və ermənilərin terror hərəkətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.
Xatırladaq ki, dekabrın 14-də saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.
Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə şəhid olub.
09:20
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə jurnalistlərin Kəlbəcərə - dekabrın 14-də mina partlayışları baş vermiş əraziyə səfəri başlayıb.
“Report” xəbər verir ki, məqsəd jurnalistləri erməni hərbi birləşmələrinin 2020-ci ildən mina basdırdıqları ərazilərlə tanış etmək və onların terror hərəkətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.
Qeyd edək ki, dekabrın 14-də saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində səkkiz nəfərin minaya düşməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin dörd əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.
Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan dörd hərbçi də minaya düşüb, onlardan üçü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, biri isə həlak olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran terrorçuluqda təqsirli bilinən iki şəxsi edam etdi
10:28 04.04.2026
Dünya
Səfir: Azərbaycan İrana dəstəyini davam etdirəcək
10:27 04.04.2026
Gündəm
Türkiyədə 5,2 bal gücündə zəlzələ oldu
10:20 04.04.2026
Hadisə
Bakıda şahmat festivalı keçiriləcək
10:11 04.04.2026
İdman
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
09:54 04.04.2026
Gündəm
İran İsrailə raket zərbələri endirir
09:26 04.04.2026
Gündəm
Kişinin sevgisinin yalan olduğunu göstərən 10 əlamət
08:44 04.04.2026
Sosial
Öpüşərkən niyə gözlərimizi bağlayırıq?
07:05 04.04.2026
Maraqlı
Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
06:00 04.04.2026
Maraqlı
Azərbaycanlı astronom NASA-da elmi-tədqiqat aparır
05:15 04.04.2026
Elm və Təhsil
“Uzak Şehir”də şok ayrılıq!
03:33 04.04.2026
Şou
Çiyələklərin ömrünü uzatmağın sirri budur
02:24 04.04.2026
Sağlamlıq
Rutte Trampla görüşmək üçün aprelin 8-dən 12-dək ABŞ-a səfər edəcək
01:55 04.04.2026
Dünya
Əraqçi və Fidan İran ətrafındakı vəziyyəti müzakirə ediblər
00:47 04.04.2026
Region
İran ABŞ-nin atəşkəs təklifini rədd edib
00:23 04.04.2026
Gündəm
ABŞ-nin daha bir təyyarəsi Yaxın Şərqdə vurulub - YENİLƏNİB
23:56 03.04.2026
Region