“Prezidentin Şuşaya səfəri ölmüş ruhlarımıza can verdi”
14:19 15.01.2021
Qarabağ
767
“Bu həm də Erməni məxluqlarına mesaj oldu ki, biz Şuşanın əbədi sakinləriyik və doğma torpaqlarımıza qayıtdıq”
“Prezident “Əzizim Şuşa” yox, “Əziz Şuşa” deyir. Çünki Şuşa hamı üçün əzizdir”
“Böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilərin vandalizmi Azərbaycanın tarixi abidələrinə münasibətdə özünü göstərir. Təkcə Şuşa şəhərində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi dağıdılıb, viran edilib. Artıq Azərbaycan dağıntıya məruz qalmış mədəniyyət nümunələrini bərpa edir.
Bu gün Prezident İlham Əliyevlə Birinci vitse-prezident Mehriban xanım Əliyeva Şuşaya səfər ediblər. Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün gülləbaran etdiyi heykəllər Şuşaya qaytarılıb.
Səfəri zamanı “güllələnmiş heykəllər”in açılışı olub. Həmçinin Prezident, birinci xanım və qızları Leyla Əliyeva vaxtilə Molla Pənah Vaqifin büstünün və məqbərəsinin olduğu yerə gəliblər.
Prezidentin Şuşa səfərini “Sherg.az” dəyərləndirən jurnalist, publisist, yazıçı Flora Xəlilzadə deyib ki, Xan qızı Natəvanının ruhu ağ yaylıqda yollara çıxıb bizi gözləyirdi. Onun sözlərinə görə, bu gün o ruh sakitlik tapıb:
“Mən “Yadigarlar” verilişinin bir buraxılışını Xan qızı Natəvana həsr etmişdim. Onun heykəli qarşısında sanki canlı və güllələnmiş Natəvanla üz-üzə dayandım. Özümü ələ almaq istəsəm də, alınmırdı. İnsan nə qədər vəhşi olar?! Onlar insan deyil, heykəli belə atəşə tutublar. Bu gün rahatlıq tapdım ki, o heykəllər öz evlərinə qayıtdı. Elə bil ki, ruhlar da heykəllərlə birlikdə doğma torpağına dönmüş oldu. Ali Baş Komandana çox təşəkkür edirəm! Biz hər şeydən əlimizi üzmüşdük. Lakin ölmüş ümidlərimiz dirildi. Mənim üçün Şuşa çox qiymətlidir, “Ruhumuzun ünvanı Şuşa”adlı kitab da yazmışam”.
F.Xəlilzadə diqqətə çatıdırıb ki, Şuşaya geri qayıtmaq bütün düyünlərin açılması , Qərbi Azərbaycanda öz doğma sakinlərinə həsrət qalan yuvaya, Qarabağa dönmək deməkdir:
“Bütöv Azərbaycan qızıl üzükdürsə, Şuşa onun qaşıdır! Bu gün Prezidentin ailə üzvləriylə Şuşaya səfəri ölmüş ruhlarımıza can verdi. Erməni məxluqlarına mesaj oldu ki, biz Şuşanın əbədi sakinləriyik və doğma torpaqlarımıza qayıtdıq. Prezident “Əzizim Şuşa” yox, “Əziz Şuşa” deyir. Çünki Şuşa hamı üçün əzizdir. Son günlərdi çox qeyri-adi hisslər keçirdirik. 8 noyabr tarixində sevincdən göz yaşlarımı saxlaya bilmədim. Dəfərlərlə söylədim ki, qulağıma yenə təkrarlıyın ki, “Şuşa alındı!”(Bu məqamda müsahibimiz yenə göz yaşlarına hakim ola bilmir).
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media