Yeni milli kimlik, yeni qalib xalq və dövlət statusu bizdən fərqli ideologiya, yeni düşüncə və yeni hədəflər tələb edir”. Əslində, xeyli vaxtdır “Qaçqınkom”un ümumiyyətlə ləğvi müzakirə olunmaqdadır. Əksəriyyət düşünür ki, qurum keçmiş qaçqın və məcburi köçkünlərlə bağlı bilgiləri, qeydiyyat sənədlərini müvafiq orqanlara təhvil verdikdən sonra öz fəaliyyətinə xitam verməlidir.
Qarabağda Prezidentin xüsusi nümayəndəsi var
Turan
06:51 06.05.2021
Qarabağ
720
"Qaçqınkom" bundan sonra yalnız Agentlik kimi fəaliyyət göstərə bilər
Savaş bitib, daha köçkünlər də keçmişdir
Milli Məclisin plenar iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc təkliflə çıxış edib. Deputat bildirib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin adı dəyişdirilməlidir. Onun sözlərinə görə, qələbə dövrünün qarşıya qoyduğu mühüm vəzifələrdən biri Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin “Qayıdış və Quruculuq Komitəsinə” çevrilməsidir: “Beləliklə, biz təkcə dövlət-hökumət institutlarını deyil, ictimai-siyasi leksikonumuzu, təhsil, mədəniyyət və ədəbiyyat sistemimizi, kitablarımızı, siyasi proqram və konsepsiyalarımızı parlaq Qələbəmizə uyğunlaşdırmalıyıq.
Yeni milli kimlik, yeni qalib xalq və dövlət statusu bizdən fərqli ideologiya, yeni düşüncə və yeni hədəflər tələb edir”. Əslində, xeyli vaxtdır “Qaçqınkom”un ümumiyyətlə ləğvi müzakirə olunmaqdadır. Əksəriyyət düşünür ki, qurum keçmiş qaçqın və məcburi köçkünlərlə bağlı bilgiləri, qeydiyyat sənədlərini müvafiq orqanlara təhvil verdikdən sonra öz fəaliyyətinə xitam verməlidir.
Deputatın təklifini “Şərq”ə dəyərləndirən professor Cümşüd Nuriyev deyib ki, Zahid Orucun parlamentdəki çıxışı iki hissədən ibarət idi. Ekspertin sözlərinə görə, millət vəkili ilk növbədə “Dağlıq Qarabağın azərbaycanlı icması”nın ləğvindən danışıb, sonra isə “Qaçqınkom”un adının dəyişdirilməsini təklif edib:
“Hər iki məsələ ilə bağlı deputatın yanaşmasını uğurlu hesab edirəm. İcmanın ləğv edilməsi ilə Azərbaycan bir daha göstərdi ki, Qarabağda yaşayan ermənilərin ölkəmizdəki digər etniklərdən fərqi yoxdur. Qaçqınlarla bağlı Komitənin adının dəyişdirilməsi ideyası da uğurludur. Ancaq hesab edirəm ki, komitənin ayrıca qurum olmasına ehtiyac yoxdur. Dövlət Tikinti və Arxitektura Komitəsinin nəzdində fəaliyyət göstərən bir Agentlik kimi fəaliyyətinə imkan yaratmaq mümkündür.
Qarabağda Prezidentin xüsusu nümayəndəsi var. Bütün dövlət strukturları öz işini görür və infrastruktur qurulur. Bütün bunların fonunda müvəqqəti məcburi köçkünlərlə bağlı qurum kimi Agentlik şəklində fəaliyyətini davam etdirə bilər.
Yaxud da Z.Orucun təklif etdiyi adla Nazirlər Kabinetinin yanında publik hüquqi şəxs kimi fəaliyyət göstərər.
Amma nəzərə alaq ki, adı dəyişilsə və hansısa qurumun nəzdinə verilsə belə fəaliyyət müddəti məcburi köçkünlər öz yurdlarına geri döndükdən sonra başa çatmış olacaq. Bu da hardasa 10 ilə yaxın zaman deməkdir. Məcburi köçkünlərin geri qaytarılması ilə bağlı dövlətiin konsepsiyası hazırdır.
Qarabağda quruculuq işləri başlayıb. Yaxın gələcəkdə insanlarımız öz yurdlarına geri dönəcəklər. Şuşaya dönüşə start veriləndən sonra digər bölgələrə də qayıdış başlayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq