Sabah Ortaq Monitorinq Mərkəzi öz işinə başlayacaq
13:26 29.01.2021
Qarabağ
709
Sabah işğaldan azad edilmiş Ağdam şəhərində Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin rəsmi açılış tədbiri keçiriləcək.
Bu barədə “Vestnik Kavkaza” məlumat yayıb.
Qeyd olunur ki, Monitorinq Mərkəzində Rusiya və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin ötən il 10 noyabr tarixində imzaladığı üçtərəfli bəyanatının müddəalarının icrasına birgə nəzarət edəcəklər.
Rusiya Xalqlar Dostluğu Universitetinin Filologiya fakültəsinin Jurnalistika nəzəriyyəsi və tarixi kafedrasının baş müəllimi Kamran Həsənov “Vestnik Kavkaza”ya müsahibəsində bildirib ki, Ortaq Monitorinq Mərkəzi Rusiya sülhməramlılarının məsuliyyət zonasında müharibədən sonrakı vəziyyətə nəzarət prosesində balans funksiyasını icra edəcək.
“Türkiyənin orada olması Ankaranın proseslərə təsir göstərməsi üçün vacibdir. Rusiya da əsas sülhməramlı qüvvə olaraq bu layihədə iştirak edir, rusiyalı və türkiyəli mütəxəssislər birlikdə zorakılığın alovlanmamasına nəzarət edəcək, proseslərin sülh şəraitində davam etməsinə və gələcəkdə əsaslı həllinə şərait yaradacaqlar”, deyə K.Həsənov qeyd edib.
Ekspert əlavə edib ki, Rusiyanın mövqeyi aydındır və sülhməramlı tərəf olaraq bütün bu prosesləri öz nəzarəti altına alıb.
“Qarabağ müharibəsi dövründə Azərbaycanı fəal şəkildə dəstəkləyən Türkiyəyə monitorinq mərkəzində fəaliyyət Qarabağdakı müharibədən sonrakı proseslərdə birbaşa iştirak etmək üçün gərəklidir. Xüsusilə, rəsmi Ankara Bakının mənafelərinin heç bir şəkildə pozulmamasını təmin edəcək və bəyanatın bütün müddəalarının yerinə yetirilməsində Azərbaycanı dəstəkləməyə davam edəcək”, deyə Kamran Həsənov fikrini yekunlaşdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media