Şuşa küçələrinin adı dəyişdirilir: “Atatürk və Pənahəli xan...” - İncə, tarixi mesaj
Turan
08:21 18.03.2021
Qarabağ
842
“Osmanlıya qarşı qiyam qaldıran “Vanlı Aram” Atatürklə əvəzlənir və bununla qondarma “erməni soyqırımı” iddiasına Şuşadan cavab verilir”
“Zəngəzuru Qarabağ xanlığına birləşdirən, Şuşanı inşa edən Pənahəli xanın adı da ermənilərin Njde adlandırdığı küçəyə verilir, bununla, Zəngəzurun də Azərbaycan torpağı olduğu tarix kontekstində xatırlanır”
“Şuşanın azad olunmasından sonra işğal dövründə ermənilərin küçələrə verdiyi qondarma adlar da dəyişdirilir. “Yandex” xəritədə Şuşanın küçələri arasında diqqət çəkən adlardan biri Atatürkün və Pənahəli xanın adına küçələrin olmasıdır”.
Bu barədə tanınmış jurnalist, analitik Asif Nərimanlı Feysbuk səhifəsində yazıb.
Siyasi şərhçi bildirib ki, Atatürkün adının verildiyi küçə işğal dövründə Aram Manukyan adlanırdı:
“Vanlı Aram” kimi tanınan Manukyan 1915-ci ildə Osmanlıya qarşı ermənilərin Vanda qaldırdığı qiyama rəhbərlik edib. Pənahəli xanın adının verildiyi küçə isə işğal dövründə ermənilər tərəfindən Qaregin Njde adlandırılıb. Erməni terrorunun idealoji banilərindən olan, II Dünya müharibəsində nasistlərə xidmət etmiş Njdenin adı azad Şuşadan təmizlənir, Qarabağ xanı, şəhərin qurucusu Pənahəli xanın adı gətirilir. Niyə ermənilərin Njdenin adını verdiyi küçəyə məhz Pənahəli xanın adı? Njde XX əsrin əvvəlində Azərbaycanın tarixi yurdu Zəngəzurun işğalına rəhbərlik edib. Zəngəzur mahalını Qarabağ xanlığına birləşdirən isə Pənahəli xan idi.
Təsadüfi deyil, hər iki seçimdə - Atatürk və Pənahəli xan – incə və tarixi mesaj var:
- Osmanlıya qarşı qiyam qaldıran “Vanlı Aram” Atatürklə əvəzlənir və bununla qondarma “erməni soyqırımı” iddiasına Şuşadan cavab verilir. Zəngəzuru Qarabağ xanlığına birləşdirən, Şuşanı inşa edən Pənahəli xanın adı da ermənilərin Njde adlandırdığı küçəyə verilir, bununla, Zəngəzurun də Azərbaycan torpağı olduğu tarix kontekstində xatırlanır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm