Vaxtı çatıb !- “Xankəndini azad etmək bir saatlıq işdir”
Banuçiçək Kalbalıyeva
13:21 16.03.2021
Qarabağ
1260
“Sadəcə siyasi zəmin yaratmaq lazımdır”
“Azərbaycanın təmkinli mövqeyi də bu məqamla bağlıdır”
“Lakin, məncə, Xankəndinin Azərbaycanın yuridiksiyasına keçməyinin, orada bayrağımızın dalğalanmasının vaxtı çatıb”
Rusiya sülhməramlı kontingentinin 7-ci kolonu Kəlbəcər rayonuna 130 ton humanitar yardım yükünü çatdırıb. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sosial obyekt və yaşayış evlərinin enerji və su təminatı sistemlərini bərpa etmək üçün Humanitar Yardım Mərkəzinin 20 "KamAZ" markalı hərbi avtomobili və müşayiət edən maşınlardan ibarət kolonna Kəlbəcər rayonuna elektrik avadanlığı, dəmir-beton konstruksiyaları və tikinti materiallarından ibarət yardım yükü çatdırıb. Nazirlik indiyədək 1 300 ton yükün tranzitinin təşkil edildiyini açıqlayıb.
İndiyədək daşınan humanitar yardımların altından nə çıxdığı məlumdur- mina, pulemyot, raket...Kaş bu dəfə fərqli olsun. Amma artıq nə ümid var, nə də inam.
Məkrli siyasət ortadadır. “Ağ” Parti sədrinin müavini, politoloq Əhəd Məmmədli rusların növbəti planı və Qarabağda baş verə biləcək proseslər barədə “Sherg.az”ın suallarını cavablandırdı:
-Qarabağa bu qədər humanitar yardımın daşınmasında məqsəd nədir?
-Kreml Ermənistanı özündən asılı vəziyyətə salmaq istəyir. Və orada müvafiq şərait yaradır. Məqsəd Azərbaycandan “güzəşt” istəmək və öz şərtlərini diktə etməkdir.
-Azərbaycanda hərbi təlimlərin başladığını və ermənilərin buna adekvat cavab verdiklərini nəzərə alsaq, növbəti müharibənin başlanması barədə nə düşünürsünüz?
-Təlimlər başlamazdan əvvəl də demişdim ki, hərbi əməliyyatlar bərpa oluna bilər. İrimiqyaslı savaş olmasa da, antiterror əməliyyatı mütləq keçiriləcək. Hər halda Ermənistanın hansısa müharibə üçün imkanlarının olmadığını unutmamalıyıq.
-Dediyiniz antiterror əməliyyatları təxminən nə vaxt keçirilə bilər?
-Çox yaxında. Daha dəqiq desəm, mart-aprel aylarında. Antiterror əməliyyatınıın keçirilməsinə dair ehtimallar getdikcə artır. Düşmənin təxribatları, təhrikləri bizə səbəb və imkan verir. Əgər bu fürsətdən istifadə etməsək, gələcəkdə növbəti “Qarabağ sindromu” ilə üz-üzə gələ bilərik.
-Deməli, birdəfəlik hələlik düşmən tapdağında olan digər torpaqlarımızın, o cümlədən Xankəndinin də taleyini həll edə bilərik?
-Əlbəttə. Xankəndini azad etmək bizim üçün bir saatlıq işdir. Sadəcə siyasi zəmin yaratmaq lazımdır. Azərbaycanın təmkinli mövqeyi də bu məqamla bağlıdır. Lakin, məncə, Xankəndinin Azərbaycanın yuridiksiyasına keçməyinin, orada bayrağımızın dalğalanmasının vaxtı çatıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm