Xankəndi və Xocavənddə rus sülhməramlılarına şəhərcik salınıb
Turan
08:19 02.03.2021
Qarabağ
875
Onların özlərinə bu qədər infrastruktur yaratması hansısa gizli mətləblərdən xəbər verir
Dağlıq Qarabağda Rusiya sülhməramlıları üçün daha dörd modul şəhərcik salınıb. Şəhərciklər Xankəndi və Xocavənd rayonu ərazilərindədir. Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib. Xatırladaq ki, bu, rus sülhməramlı kontingenti üçün salınan 8-ci şəhərcikdir. Bu cür şəhərciklər ehtiyac duyulan hər şeylə təchiz edilmiş tamhüquqlu muxtar obyektlərdir.
Ayrıca elektrik, su təchizatı, isitmə sistemi var. Hərbçilər üçün şəhərcikdə çarpayılar, qarderoblar, mətbəx mebeli, masalar, stullar, duş, tibb məntəqəsi, uniforma təmizləyici otaq, istirahət otağı, dəftərxana, anbar, yeməkxana və ərzaq anbarı var.
Vəziyyət elədir ki, Rusiya sülhməramlılarının hər addımı, xüsusən müəyyən “köksalma” hərəkətləri ölkə ictimaiyyəti tərəfindən kifayət qədər narahatlıq və hiddətlə qarşılanır. Rusiya rəsmiləri isə israrla vurğulayırlar ki, bu addımlar sülhməramlıların bölgədə rahat fəaliyyətini təmin etmək üçündür. Hər halda 5 il ərzində sülhməramlılar öz rahatlıqları naminə Qarabağda kifayət qədər fəaliyyət icra edə bilərlər.
Politoloq Azər Qasımov “Şərq”ə açıqlamasında bəyan edib ki, Rusiyanın “sülhməramlı” qüvvələr adı altında hərbiçilərinə bu qədər infrastruktur yaratması hansısa gizli mətləblərdən xəbər verir. Belə bir görüntü yaranır ki, rus hərbçilərinin sanki Qarabağdan getmək fikirləri yoxdur və burda həmişəlik qalacaqlar:
“Əslində bu təhlükə istisna edilmir. Bənzər konfliktli bölgələrdən rus qoşunları hələ də çıxmayıb. Moldova, Gürcüstan və s. buna misaldır. Məlumdur ki, sülhməramlılar 5 il müddətinə regiona yerləşiblər. Əgər tərəflərdən biri 4 il yarımdan sonra sülhməramlılardan imtina edərsə, 6 ay müddətində regiondan çıxmalıdırlar. İlkin şərt belədir. Yekun qərar vaxt tamam olduqda sülhməramlıların fəaliyyətinə verilən qiymətdən asılı olacaq. Bunu cənab Prezident İlham Əliyev də vurğuladı və qeyd etdi ki, lazım gələcəksə, müddətin sonunda vaxt uzadılmayacaq və rus sülhməramlıları regionu tərk edəcək”.
Siyasi şərhçi vurğulayıb ki, dövlət başçısının sülhməramlılarla bağlı ifadələri gələcəyə hesablanmış dərin mənalı mesajdır:
“Rus sülhməramlılarının yerləşdiyi regionlardan çıxmamaq kimi istəkləri gizli də olsa var. Onlar hesab edirlər ki, müqaviləni uzadaraq regionda uzun müddət qala bilərlər. Gələcəyə yönəlik planlarını tədricən həyata keçirmək üçün heç bir tərəfi narazı salmadan öz planlarını reallaşdırarlar. Biləndə ki, 5 il sonra regionu tərk etmə ehtimalları böyükdür, açıq və gizli fəaliyyətlərini daha da artırıb, özlərini ələ verəcəklər. Beləcə, vaxt itirmədən rus sülhməramlılarını bölgədən çıxarmağa çalışacağıq”.
A.Qasımov rus sülhməramlılarının məqsədinin bəlli olduğunu söyləyib:
“Sülhməramlılar bölgədə Rusiyanın gələcək geostrateji planlarını həyata keçirmək üçün məqam gözləyirlər. Azərbaycanın apardığı siyasət nəticəsində Rusiyanın bu niyyətləri xəyal olaraq qalacaq. Regionda elə mühit yaranacaq ki, Rusiya məcbur olub özünün imperativ maraqlarından əl çəkəcək. Normal iqtisadi və siyasi əlaqələr qurmaq yolunu tutacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya