"Xankəndidə anti-terror əməliyyatlarına başlamağın vaxtıdır"
Turan
07:20 05.05.2021
Qarabağ
1099
"Bir saat ərzində Ordumuz bölgəni erməni silahlılarından təmizləyəcək. Görünür, əvvəlcə qarşıda duran siyasi məsələləri həll etmək lazımdır
“Erməni silahlı birləşmələri Qarabağ bölgəsinin hazırda Rusiya sülhməramlılarının nəzarətində olan hissəsini tərk etməlidir”. Bu barədə rusiyalı tanınmış politoloq, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib. O bildirib ki, silahlı erməni döyüşçüləri tərəfindən hər hansı təxribat törədilərsə, bunların qarşısı Rusiya sülhməramlı qüvvələri tərəfindən alınmalıdır:
“Ermənistan silahlı qüvvələrini və ya qeyri-qanuni silahlı qüvvələri təmsil etməsindən asılı olmayaraq bütün qüvvələr tərksilah edilməli və Ermənistana göndərilməlidir. Təhlükəsizliyin əsas prinsipi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasıdır. Bunun üçün həm hərbi, həm də siyasi təzyiq metodlarından istifadə etmək lazımdır. Eyni zamanda Laçın dəhlizində yüklərin və insanların hərəkəti tənzimlənməlidir”. Korotçenko qeyd edib ki, bölgədəki gömrük prosedurları elə qurulmalıdır ki, Azərbaycanın səlahiyyətli strukturları kimin gəlib-getdiyini başa düşsün: “Növbəti mərhələdə görüləcək iş isə erməni əhalisinin Azərbaycanın hüquq dairəsinə inteqrasiyası, azərbaycanlı qaçqınların geri qayıtması və iki icmanın birgə yaşayışını təmin etməkdir”.
Ekspert vurğulayıb ki, Ermənistanda seçki öncəsi qeyri-sabitlik yaratmaq və bundan seçki mübarizəsində kart kimi istifadə etmək üçün təxribatlar gözlənilir.
Politoloq Əhəd Məmmədli “Şərq”ə bildirib ki, Rusiya erməni silahlı birləşmələrini Qarabağda saxlamaqla Azərbaycana təzyiq vasitəsini əlində tutmağa çalışır. Siyasi şərhçinin qənaətincə, Moskva əlindən gələni edir ki, konflikt birdəfəlik çözülməsin:
“Məhz buna görə Rusiya öz ordusunu “sülhməramlı” adı ilə Qarabağa yerləşdirib. Rəsmi Bakı Ermənistana siyasi-hərbi təzyiqlərini davam etdirməlidir. Bir müddət sonra görsək ki, siyasi təzyiqlər nəticə vermir, dərhal hərbi vasitələrə keçid etməliyik. Dünyada və regionda baş verən prosesləri nəzərə alsaq, düşünürəm ki, may ayı hər cəhətdən uyğun zamandır. Xankəndidə anti-terror əməliyyatlarına başlamağın vaxtıdır. Bir saat ərzində Ordumuz bölgəni erməni silahlılarından təmizləyəcək. Görünür, əvvəlcə qarşıda duran siyasi məsələləri həll etmək lazımdır. Amma nəzərə alaq ki, siyasi məsələnin də həlli hərbdən keçir. 30 ilə yaxın həllini gözləyən münaqişə bunun ən yaxşı isbatıdır. Hərb yolu ilə Qarabağın 80 faizini düşməndən azad etdik, geriyə 20 faiz qaldı. Onu da savaşaraq təmizləməyin vaxtıdır. Əks halda prosesi mümkün qədər uzatmağa çalışacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya