Xankəndiyə 5-6 min erməni ancaq gətirilib
Turan
07:44 04.03.2021
Qarabağ
833
Aydındır ki, Rusiya öz məqsədləri üçün ermənilərlə bağlı rəqəmləri şişirdir
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sifarişi ilə 2021-ci il yanvarın 22-də aparılmış araşdırmaya görə, 44 günlük müharibə zamanı Qarabağdan Ermənistana qaçan erməni ailələrin 85 faizi geri qayıtmaq istəmir. 15 faiz erməni ailəsi isə ya Qarabağın böyük şəhərlərinə - Xankəndi, Xocavəndə qayıtmağı, ya da Ermənistanın böyük şəhərlərində qalmağı düşünür. Məlumat üçün bildirək ki, Rusiya Müdafiə Nazirliyi sülhməramlıların müşayiəti ilə indiyədək Qarabağa 50 mindən artıq erməninin gətirildiyini bəyan edib. Belə çıxır ki, rusların açıqladığı rəqəm heç də reallığı əks etdirmir. Görünür, ruslar ermənilərin Qarabağa gəlişini stimullaşdırmaq, təbliğat aparmaq məqsədilə şişirdilmiş rəqəm açıqlayırlar.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Şərq”ə deyib ki, BMT-nin araşdırması daha mötəbər mənbə hesab olunmalıdır. Partiya sədrinin sözlərinə görə, Rusiya Qarabağda öz sülhməramlı missiyasını davam etdirmək, bölgədə daha uzun müddət qalmaq üçün Xankəndi və ətrafda erməni kontingentinin “böyük” olduğu görüntüsünü yaradır:
“Əslində bizə də məlumdur ki, Qarabağa 50-60 min erməni qayıtmayıb. Ümumiyyətlə, Qarabağda nə qədər erməni olub ki? Ermənistanda 90 min adam qaçqın kimi qeydə alınıb, 50 min də Rusiya əlavə edib. Belə çıxır ki, Qarabağın dağlıq ərazilərində 140-150 min erməni var imiş?! Halbuki, Ermənistanın indiki real əhalisi 1.5 milyondur. Aydındır ki, Rusiya öz məqsədləri üçün ermənilərlə bağlı rəqəmləri şişirdir. Çox güman ki, Xankəndiyə 5-6 min erməni ancaq gətirilib. Rəsmi Bakı BMT-nin araşdırmalarını əsas götürərək Rusiya sülhməramlılarına qarşı mövqe sərgiləməlidir. Bəyan etməliyik ki, artıq onların burada görə biləcəyi bir iş qalmayıb. Əgər ermənilərin 85 faizi Qarabağa köçmək istəmirsə, ruslar orada nə gəzir?! Madam ki, belə ziddiyyət meydana çıxıb, Qarabağa köçürülən ermənilərlə bağlı ciddi araşdırma aparmalıyıq”.
S.Cəlaloğlu bildirib ki, Rusiya azərbaycanlıların bugünədək həmin bölgələrə köçürülməsinə də imkan vermir:
“Bizimkilər ora gedəndə görəcəklər ki, Qarabağda çox az sayda erməni yaşayır. Moskva bu həqiqəti gizli saxlamaq üçün prosesi mümkün qədər uzadır. Ermənilər heç vaxt Qarabağa qayıtmayacaqlar. Bilirlər ki, bura qayıtsalar, törətdikləri cinayətlərə görə, mütləq qanunlarımız qarşısında cəzalarını alacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya