"Yeni müharibə Ermənistan üçün fəlakətdir" - Şərh
Turan
10:57 14.03.2021
Qarabağ
685
Müzəffər Azərbaycan Ordusunun darmadağın etdiyi Ermənistan silahlı qüvvələri martın 16-dan 20-nədək hərbi təlim keçirmək istəyir. Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
Ordunun döyüş qabiliyyətinin yoxlanılacağı təlimdə ümumilikdə 7500 hərbçi, 200 raket, reaktiv artilleriya qurğusu, 150 tank əleyhinə vasitə, 100 zirehli texnika, 90-dan çox hava hücumundan müdafiə sistemi cəlb ediləcək. Xatırladaq ki, martın 15-dən 18-nə qədər Azərbaycan Ordusu 10 min şəxsi heyətlə və çoxsaylı müasir zirehli hərbi texnikalarla genişmiqyaslı hərbi təlim keçirəcək. 44 günlük müharibə nəticəsində çökmüş düşmən ordusunun Azərbaycan Silahlı Qüvvələri ilə paralel təlim keçirtmək niyyətinə düşməsi heç də təsadüfi deyil. Bu təlimlərdə məqsəd erməni ordusunun tamamilə məhv olmadığını göstərmək məqsədi daşıyır.
Düşmənin təlim hazırlığını “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Anar İmanov bildirib ki, bu, böyük ehtimalla bizim təlimlərə olan ermənisayağı “cavab”dır.
Analitikin sözlərinə görə, Ermənistan “qonşudan qeri qalma” prinsipi ilə "hərbi təlim" qərarı verib:
"44 günlük müharibədə darmadağın olmuş Ermənistan hansı ordu ilə təlim keçirir?! Ermənilər özlərini yenə gülünc vəziyyətə qoyurlar. Paradda keşişləri nümayiş etdirənlər, təlimlərdə öz tanklarını vuranlar, xaricdə təşkil edilən hərbi döyüş texnikasının nümayişi əvəzinə buklet paylayanlar indi də "təlim" keçirəcəklər. Hansı məqsədlə təlim keçirilir? Bəlkə də Ermənistan yenidən müharibə istəyir. Əgər elədirsə, bu, Ermənistan rəhbərliyinin ağılsızlığının göstəricisidir. Çünki cəmi 44 gün göstərdi ki, Azərbaycan düşməndən on qat daha üstündür".
Ekspertə görə, Ermənistan başa düşməlidir ki, yeni müharibə ölkənin tam məhvinə olmasına gətirib çıxara bilər:
"Bunu başa düşmək üçün akademik olmaq lazım deyil. Sadəcə bir az geri dönüb, yaxın keçmişə nəzər salmaq yetərlidir. Bəli, müharibə bitəndən sonra bəzi ermənilər partizan üsuluna əl atdılar. Amma istədikləri alınmadı və Ermənistan indiyədək yalvarır ki, tutulan terrorçular ölkəyə qayıtsın. İndiki məqamda Ermənistan təlim əvəzinə oturub düşünməlidir ki, illərlə apardığı siyasəti necə dəyişsin. Elə dəyişsin ki, bütün qonşu ölkələrlə normal münasibətlər qurulsun. Ermənistanın düşdüyü acınacaqlı vəziyyətdən yeganə çıxış yolu budur. Yeni müharibə Ermənistan üçün fəlakətdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm