"Ermənistanın xarabaya çevirdiyi kəndlərdə artıq yol, elektrik, qaz, su, təhsil və səhiyyə layihələri bir-bir həyata keçirilməkdədir. Qeyd edək ki, Türkiyə-Azərbaycan arasında hərbi əməkdaşlıq Dağlıq Qarabağda 30 ilə yaxın davam edən Ermənistan işğalının nəhayət ki, sonunu gətirdi. 44 günlük mübarizədə zəfər çalan Azərbaycan müharibənin sonunda Türkiyə ilə əl-ələ verərək Dağlıq Qarabağı yenidən ayağa qaldırmaq üçün birgə fəaliyyət başlayıb. Türkiyənin dəstəyi ilə işğaldan azad edilən bölgələrdə infrastruktur işlərinin icrasına başlanılıb.
Zəfər yolunda Türkiyə imzası...
21:58 04.03.2021
Qarabağ
836
Türk mediası Qarabağda görülən quruculuq işləri barədə ətraflı məlumat verib
Türkiyə mətbuatında Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında quruculuq işləri ilə bağlı məqalə dərc olunub. "Zafer Yolunda Türkiye imzası" adlı məqalədə Dağlıq Qarabağda görülən quruculuq işləri ilə bağlı ətraflı məlumat verilib.
Məqalədə qeyd olunub ki, Azərbaycanın işğaldan azad edilmiş qədim torpaqlarına həyat verəcək "Zəfər Yolu" və Füzuli Hava Limanı kimi böyük investisiyalarda türk şirkətləri və işçiləri də fəaliyyət göstərir:
"Ermənistanın xarabaya çevirdiyi kəndlərdə artıq yol, elektrik, qaz, su, təhsil və səhiyyə layihələri bir-bir həyata keçirilməkdədir. Qeyd edək ki, Türkiyə-Azərbaycan arasında hərbi əməkdaşlıq Dağlıq Qarabağda 30 ilə yaxın davam edən Ermənistan işğalının nəhayət ki, sonunu gətirdi. 44 günlük mübarizədə zəfər çalan Azərbaycan müharibənin sonunda Türkiyə ilə əl-ələ verərək Dağlıq Qarabağı yenidən ayağa qaldırmaq üçün birgə fəaliyyət başlayıb. Türkiyənin dəstəyi ilə işğaldan azad edilən bölgələrdə infrastruktur işlərinin icrasına başlanılıb.
Ermənistan tərəfindən viran qoyulmuş Şuşa, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Xocavənd və Zəngilan şəhərlərində yol, elektrik, qaz, su, rabitə, təhsil və səhiyyə sahələrində layihələr bir-bir reallaşmaq üzrədir. Türk şirkətləri və işçiləri də "Zəfər Yolu" və Füzuli Hava Limanı kimi nəhəng layihələrdə birgə çalışırlar. İlk olaraq, işğaldan azad edilmiş ərazilərdə mina İE təmizlənməsi başlanılıb. Prezident İlham Əliyev tərəfindən "Zəfər yolu" olaraq adlandırılan yeni yolun tikintisi hazırda davam edir. Yolun tikintisi Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyinin (Azəryol) koordinasiyası ilə Azərbaycan və Türkiyə şirkətləri tərəfindən birgə aparılır. "Zəfər yolu" ilə yanaşı Şuşada 6 zolaqlı avtomobil yolu da çəkilir. Türk şirkəti Kolin və türk işçilərinin çalışdığı 101.5 kilometrlik cüt zolaqlı "Zəfər Yolu" sentyabr ayına qədər hazır olacaq.
Şuşada da magistral yol çəkilir. Magistral yol üçün körpülər və tunellər tikiləcək. Yolun 2022-ci ildə başa çatdırılması gözlənilir. Azərbaycan azad edilmiş ərazilərin bərpası üçün 1,3 milyard dollar büdcə ayırıb. Bölgədə enerji işləri də sürətləndirilib. Birinci mərhələdə Şuşa şəhərindən 75 kilometr məsafədə 110 kilovatlıq elektrik xətləri və elektrik stansiyalarının inşasına başlanılıb.
Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Ağdam və Kəlbəcər şəhərlərində 308 kilometrlik elektrik xətti çəkilmə işlərinə başlanılıb. Bölgələrin elektrik ehtiyacını ödəmək üçün külək və günəş elektrik stansiyaları yaradılacaq.
Öz enerjisini özü istehsal edən ağıllı kəndlər də inşa ediləcək . Bölgələrdə yerləşən bəndlərdən geniş istifadə ediləcək. Bundan əlavə, işğaldan azad edilən ərazilərdə 416 kilometr təbii qaz xətləri də çəkiləcək. Qeyd edək ki, işğaldan azad edilmiş Şuşa şəhəri Prezident İlham Əliyev tərəfindən Azərbaycanın "Mədəniyyət Paytaxtı" elan edildi. Şuşaya yerli və xarici qonaqlar üçün rahat nəqliyyat təmin etmək və bölgənin yenidən inkişafı üçün tələb olunan maddi-texniki dəstəyi təmin etmək üçün Füzulidə beynəlxalq hava limanı tikilməkdədir. Yeni hava limanında türk işçilər və mühəndisləri çalışırlar.
Azərbaycan Hava Yolları QSC-nin mətbuat katibi Fərhan Quliyev Füzuli hava limanına ilk səfərlərin payızda başlaya biləcəyini bildirib. Hava limanı ilk növbədə bölgənin ehtiyaclarını ödəmək üçün maddi-texniki baza və yük mərkəzi olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya