
Ankara İraq Kürdüstanın niyyətindən xəbərdardır
02:12 23.10.2024
Siyasət
327
Türkiyə 2017-ci ildə olduğu kimi, bu dəfə də prosesin qarşısını alacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada İraq Kürdüstan Regionunun başçısı Nəçirvan Bərzanini qəbul edib. Liderlər sonuncu dəfə bu ilin aprel ayında Türkiyə prezidentinin Ərbilə səfəri zamanı bir araya gəlib. Bu mənada görüş diqqət çəkir. Görüş zamanı Ərdoğan HƏMAS-İsrail gərginliyi ilə bağlı fikirlərini Bərzaniyə çatdırıb. Türkiyə prezidenti İsrailin regional fəaliyyətlərinin Yaxın Şərqə təhdid və risklər yaratdığını, Ankaranın isə sabitlik və təhlükəsizliyə önəm verdiyini qeyd edib.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, hazırda Ərdoğanın gündəmində başlıca məsələ İsrail və onun regional fəaliyyətidir. Misal üçün, “Fələstinin gələcəyi” adlı konfransda çıxışı zamanı Ərdoğan “Yaxın Şərqdəki müharibə Türkiyəyə yaxınlaşır”, “Biz bütün tədbirləri görürük” kimi fikirlər səsləndirmişdi:

"Türkiyə prezidentinin “Fələstinin gələcəyi” adlı konfransda çıxışı zamanı dediyi fikirləri Nəçirvan Bərzanini qəbul edərkən də deməsi diqqət çəkir. Əslində, bu məqam görüşün əsl səbəbi və mahiyyətini açır. Şübhəsiz, İsrail İranla mübarizə fonunda Tehranın regiondakı proksilərini zəiflətmək və sıradan çıxarmaq üçün genişçaplı işlər görür. İri planda isə Təl-Əviv regionun siyasi xəritəsini dəyişməyə çalışır. Söhbət Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, İordaniya kimi ölkələrdən getmir. İsrailin hədəfində İran proksilərinin hakim olduğu Suriya, İraq kimi ölkələr var. Xüsusilə bu iki ölkənin parçalanmasını gerçəkləşdirəcək maraq qruplarının varlığı Təl-Əvivin işini asanlaşdırır".
Ekspertin qənaətincə, Ankara regionun siyasi xəritəsinin dəyişməsində maraqlı deyil: "Xüsusilə bu prosesin İraqda baş tutması Türkiyənin milli təhlükəsizlik konsepsiyasına tam ziddir. Məsələ ondadır ki, İraqın parçalanması öz növbəsində İraq Kürdüstan Regionunun müstəqil Kürdüstan olması deməkdir. Türkiyədə kürd problemi tam həll edilmədən belə bir hadisənin baş verməsi prosesi uzada, hətta daha da qəlizləşdirə bilər. Ehtimal ki, İsraillə İraq Kürdüstan regionu arasında bu istiqamətdə təmaslar olub. Təmasların nəticəsi tam məlum olmasa da, görünür, Ankara bundan xəbərdardır. Bunu Nəçirvan Bərzaninin xarici işlər naziri Hakan Fidan, MİT rəhbəri İbrahim Kalınla görüşməsi də təsdiq edir. Diqqətçəkən digər məqam isə İsrailin 2017-ci ildə Kürdüstanın müstəqilliyi üçün referendum keçirilməsinə müsbət reaksiya verən yeganə ölkə olmasıdır. Mümkündür ki, Təl-Əviv Ərbili yenidən referenduma təşviq edir. Ankara isə 2017-ci ildə olduğu kimi, bu dəfə də prosesin qarşısını alacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm