
Rusiya "Gücün varsa, ağıla ehtiyac yoxdur" məntiqi ilə çıxış edir -Parlamentari
09:23 11.02.2025
Aktual
534
Rusiya, AZAL-a məxsus təyyarənin vurulması və “Rus evi”nin qeyri-qanuni fəaliyyətinin qarşısının alınması ilə bağlı Azərbaycanın irəli sürdüyü haqlı mövqelərə qeyri-ənənəvi və təbliğat yönümlü cavablar verməyə başlayıb. Bu yanaşma, Rusiyanın regiondakı təsirini qorumaq üçün informasiya müharibəsi və təzyiq metodlarından istifadə etdiyini göstərir. Belə ki, deputat Nikolay Valuyev Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılması, biznesin məhdudlaşdırılmasını, bu ölkə ərazisində qeyri-qanuni yaşayan azərbaycanlıların çıxarılmasını, qanuni yaşayanların isə hərbi uçota götürülməsi və cəbhəyə göndərilməsi və s. bu kimi iddialarla çıxış edib. Bundan ürəyi soyumayan "Velikorus şovinizmi"nin parlaq nümayəndəsi azərbaycanlılar da daxil olmaqla Mərkəzi Asiya və Qafqazdan olan gəlmələri öz xəstə və irqçi təxəyyülünün məhsulu olan və rus dilində jarqon istifadə olunan “şobla-vobla” adlandırıb. 100-ə yaxın xalqın dövləti kimi özünü təqdim edən Rusiya Federasiyasında deputat digər millətlərin nümayəndələrinin ünvanına jarqon sözlərlə təhqirlər yağdırırsa, bu həmin ölkədə yaşayan və ya ora hər hansı bir məsələdən ötrü səfər etmək istəyən digərlərinə də ciddi siqnaldır. Həmin partiyanın Dumada digər nümayəndəsi Yevgeni Popovun səsləndirdiyi təkliflərdir. O təklif edib ki, əgər “Rossotrudniçestvo”nun fəaliyyəti dayandırılarsa, Azərbaycanın Rusiyada iki şirkətinin də fəaliyyətinə baxmaq lazımdır. Bu ara rusiyalı təbliğatçılar hədlərini o dərəcədə aşıblar ki, Azərbaycanın mülki təyyarəsinin vurulmasında rəsmi Bakını ittiham etməyə başlayıblar. Azərbaycan isə heç kimdən asılı deyil, hamı ilə əməkdaşlığa hazırdır, amma bu cür davranışı da qəbul etmir. Heç bir tarixi mərhələdə Azərbaycanda Rusiya rəhbərliyinə, xalqına qarşı təhqiramiz davranış olmayıb. Amma bu gün Kremlə yaxın "propaqandistlərin" ritorikası Rusiyanın hakimiyyət dairələrində nələrin baş verdiyi məsələsi ətrafında bir daha düşünməyə ciddi əsas yaradır.
Millət vəkili Sahib Alıyev “Sherg.az”a bildirib ki, ağılı və intellekti ölkəsinin ədaləti qədər olan Nikolay Valuyevin nə Duma adlandırılan yerdə əyləşməsinə, nə də soydaşlarımız haqda şovinist sərsəmləməsinə təəccüblənmir:

"Çünki Azərbaycanın sərnişin təyyarəsinin Qroznı üzərində vurulmasından sonra Rusiyanın bütövlükdə dövlət olaraq atdığı addımları saf-çürük edərək personlaşdıranda göz önünə elə Valuyev gəlir. Valuyevin Dövlət Duması kimi bir yerdə təmsil olunması və onun səviyyəsiz, bəzən düşünülməmiş açıqlamaları, Rusiyanın siyasi elitasının bir qisminin hələ də köhnə imperialist düşüncə tərzindən əl çəkmədiyini göstərir. Onların "Gücün varsa, ağıla ehtiyac yoxdur" məntiqi ilə çıxış etmələrinin nəticəsidir ki, bu gün dörd bir yanlarındakıların az qala hamısını ya düşmənə çeviriblər, ya da qarşıdurmadadırlar. Valuyevin və onun kimi düşünənlərin düşmənçilik dolu yanaşmaları, Rusiyanın qonşuları ilə münasibətlərində yaratdığı problemlərin rəmzi kimi görünür. Azərbaycan sərnişin təyyarəsinin Qroznı üzərində vurulması kimi hadisələr Rusiyanın regionda apardığı siyasətin nə qədər aqressiv və ikili standartlara söykəndiyini nümayiş etdirir. Bu tip hadisələr zamanı dövlət olaraq atılan addımlar, məsuliyyətin üzərindən atılması və ya hadisələrin ört-basdır edilməsinə cəhdlər, Rusiyanın region dövlətlərinə qarşı necə bir təzyiq və güc siyasəti yürütməsini açıq göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə