
Siyasi soyuqluq Kremldən qaynaqlanır: Bakı-Moskva arasında ticarət-iqtisadi münasibətlər normal axarındadır
13:34 19.06.2025
Cəmiyyət
377
Rusiya və Azərbaycan logistika və istehsal sahələrində, xüsusən də gəmiqayırma sektorunda birgə layihələr hazırlayırlar. Bu barədə Rusiya Prezidenti Vladimir Putin TASS-ın təşkilatçılığı ilə dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə keçirilən görüşdə məlumat verib. Putin bildirib ki, Rusiya və Azərbaycan arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq uğurla davam edir və bu istiqamətdə bir sıra perspektivli layihələr mövcuddur. Onun sözlərinə görə, tərəflər yalnız logistika deyil, eyni zamanda istehsal, o cümlədən gəmiqayırma sahəsində də fəal əməkdaşlıq edirlər. Rusiya Prezidenti qeyd edib ki, bizim “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi və logistika sahəsində, eyni zamanda istehsal sahəsində, o cümlədən gəmiqayırma və bir sıra digər sahələrdə yaxşı layihələrimiz var. Biz öz sifarişlərimizlə Bakı zavodunu təmin etməyə hazırıq.
Putin, həmçinin Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin artan dinamikasına da diqqət çəkib. O vurğulayıb ki, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 7% artıb və bu, əməkdaşlıq üçün müsbət göstəricidir. O bildirib ki, ümid edirəm ki, biz bütün planlaşdırılan layihələri uğurla reallaşdıracağıq.
Politoloq Sultan Zahidov Sherg.az-a bildirib ki, Azərbaycan və Rusiya Şimal-Cənub Nəqliyyat Dəhlizinin əsas iştirakçılarıdır:

“Bildiyiniz kimi, bu dəhliz Avropanı Hind okeanı ilə birləşdirən strateji bir marşrutdur. Dəhliz Rusiyadan başlayaraq Azərbaycan və İran ərazisindən keçir və böyük perspektivlərə malikdir. Burada söhbət həm dəmir yolu xəttindən, həm də avtomobil magistralından gedir. Azərbaycan ərazisindəki dəmir yolu xətti artıq tamamlanıb. Tamamlanmayan hissə isə İranda yerləşən Rəşt-Astaradır. Bu hissə də başa çatdırıldıqdan sonra, dəhliz öz potensialını tam reallaşdıra biləcək. Bu isə bir daha Azərbaycanın regionun mühüm tranzit mərkəzi kimi rolunu ön plana çıxarmaqla yanaşı, Rusiyanın da bu dəhlizə olan ehtiyacını və ona verdiyi strateji əhəmiyyəti göstərir. Çünki bu gün sanksiyalarla üzləşən Rusiyanın məhdud sayda alternativ marşrutları mövcuddur. Şimal-Cənub dəhlizi isə onlardan biridir”.
Ekspert qeyd edib ki, iki ölkə arasında ticarət-iqtisadi münasibətlər normal axarla inkişaf edir:
“Sadəcə, siyasi müstəvidə müəyyən soyuqluq hiss olunur ki, bu da Rusiyanın 2023-cü ilin dekabr hadisələrindən sonra nümayiş etdirdiyi mövqedən qaynaqlanır. Əgər siyasi platformadakı məsələlər aradan qaldırılarsa, ticari-iqtisadi əlaqələrin də tam potensialla inkişaf edəcəyi gözlənilə bilər. Hazırda isə Cənubda gərginlik yaşanır və İsrail-İran qarşıdurması bölgəyə də təsir göstərməkdədir. Məsələn, Şimal-Cənub dəhlizinin tam gücü ilə işləməsi bu mərhələdə real görünmür, çünki İranda müharibə və hərbi gərginlik davam edir. Amma aydındır ki, bu münaqişə gec-tez sona çatacaq və bundan sonra ümid edirik ki, Rusiya diplomatik və siyasi sahədə də Azərbaycanın çağırışlarına daha müsbət yanaşacaq, haqlı tələblərini anlayışla qarşılayacaq. Eyni zamanda, Rusiya mediasında Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına son qoyulacaq. Bütün bunlar fonunda siyasi münasibətlərin normallaşması baş verərsə, Moskva ilə Bakı arasındakı ticarət-iqtisadi əlaqələrə də müsbət təsir göstərəcək və ticarət dövriyyəsi bu il əvvəlki illərlə müqayisədə daha yüksək artım göstərə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dəfn pulu ilə bağlı rəsmi açıqlama
20:09 04.08.2026
Sosial
Zelenski: Ukrayna Avropa İttifaqına tamhüquqlu üzv olmağa çalışır
19:40 04.08.2026
Dünya
"Qanunsuz miqrantlarla bağlı üç əsas ssenari var" - Deputat
19:33 04.08.2026
Aktual
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm
Hayk Koncoryan Ermənistan Parlamentinin vitse-spikeri seçilib
17:41 04.08.2026
Region
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:31 04.08.2026
Sağlamlıq
Qazaxıstan Prezidenti Ermənistana səfər edəcək
17:19 04.08.2026
Dünya
Tanınmış jurnalist tarixçilərə təşəkkür etdi
17:18 04.08.2026
Elm və Təhsil
ATƏT tarixinin ən mürəkkəb mərhələlərindən birini yaşayır - ŞƏRH
17:13 04.08.2026
Gündəm
Gürcüstan və ADB arasında 250 milyon dollarlıq saziş imzalanıb
17:03 04.08.2026
Region
"Naxçıvanda minlərlə dövlət qulluqçusu artıq yükdür" - Heydər Oğuz
16:47 04.08.2026
Aktual