
Bu il olmasa da, növbəti il sülh sazişi imzalanacaq - ŞƏRH
Yusif Nəzərli
01:24 13.05.2025
Region
432
Azərbaycan-Ermənistan münasibətlərində uzun illər davam edən böhranı aradan qaldırmaq mümkün olacaq
Ermənistan tərəfi şərti sərhədlərdə təxribatlarını davam etdirir. Mayın 10-da Çəmbərək rayonu istiqamətindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutublar. Bununla yanaşı, Ermənistan tərəfi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış evinin zədələnməsi barədə tamamilə yalan və dezinformasiya məqsədi daşıyan məlumat yayıblar. Göründüyü kimi İrəvan hökuməti beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və növbəti təxribatlarına zəmin yaratmağa cəhd etməkdədir. Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və obyektlərə atəş açmır: "Bölmələrimiz tərəfindən yalnız qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb". Ermənistan Baş naziri Nikol Paşinyanın aparatından məlumat verilib ki, Azərbaycan və Ermənistan arasında sərhəddə atəşkəsin pozulması ilə bağlı qarşılıqlı məlumat mübadiləsi aparılıb. Açıqlamada bildirilib ki, Ermənistan tərəfi atəşkəs rejiminin pozulmasına dair müəyyən məlumatları Azərbaycana təqdim edib. Eyni zamanda, Bakı da öz növbəsində erməni tərəfinə oxşar xarakterli məlumatlar göndərib. Ermənistan tərəfi bu iddiaları araşdırdığını və nəticələri əks etdirən sənədi Azərbaycan tərəfinə təqdim etdiyini qeyd edib. Bu arada Hindistan iyulda Ermənistana "Akaş" hava hücumundan müdafiə raket sistemlərinin 2-ci partiyasını göndərəcək. Qeyd edək ki, Ermənistan Hindistanla təxminən 710 milyon dollar dəyərində 15 “Akaş” raket kompleksinin alınmasına dair müqavilə imzalayıb. İlk sistemlər ötən ilin sonunda göndərilib.
"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında ilk olaraq onu vurğulayıb ki, Ermənistan Baş naziri Nikol Paşinyan ermənilərin adət elədikləri və uzun müddət təbliğ olunan yalançı şüarlardan qəti şəkildə imtina edib. Ekspert xatırladıb ki, baş nazir Müstəqillik Bəyannaməsinin Ermənistan üçün təhlükəli olduğunu söyləyib:

"Bu, müstəqillik bəyannaməsi deyil, müstəqilliyə qarşı bəyannamədir. Təbii ki, erməni cəmiyyəti hələ də bu cür cəsarətli fikirləri eşitməyə hazır deyil. Paşinyanın da nüfuzu hər gün azalmaqdadır. Ancaq digər rəqib siyasətçilərin isə ümumiyyətlə nüfuzu yoxdur. O səbəbdən radikal dairələr, revanşistlər Paşinyanın nüfuzunun azalmasından faydalanmaq istəyirlər. Şərti sərhədlərdə müxtəlif təxribatların törədilməsi, atəşkəsin pozulması da prosesin tərkib hissəsidir. Paşinyanın orduda nüfuzunun aşağı olması da heç kimə sirr deyil. Atəşkəsin pozulmasının intensiv hal alması Azərbaycanın sərt tədbirlər görməsinə gətirib çıxara bilər. Bu da hakimiyyətdən olan narazılığı artırar. Ümumən, görünən odur ki, atəşkəsi pozanlar Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlı olmayan xarici qüvvələrdir. Başda şübhəsiz ki, Rusiya gəlir. Azərbaycan Prezidentinin 9 may paradında iştirak etməməsi bu qüvvələri bir az da fəallaşdırıb".
Siyasi şərhçi vurğulayıb ki, Ermənistan daxilində və kənarda olan radikal qüvvələr bütün imkanları ilə əllərindən gələni etməyə çalışırlar ki, bölgəmizdə sabitlik pozulsun, gərginlik yaransın:
"Artan gərginliyin sülh sazişinin imzalanmasını ləngidəcəyini yaxşı bilirlər. Belə məqamda Azərbaycan hakimiyyətinin son dərəcə səbrli, müdrik mövqe sərgiləməsi, təxribatların mahiyyətini dərindən bilməsi bölgəmizdə sülhün, əməkdaşlığın, əmin-amanlığın yaranması üçün çox mühüm əhəmiyyətə malikdir. Şübhə yox ki, bu il olmasa da, növbəti il sülh sazişini imzalamaq və Azərbaycan-Ermənistan münasibətlərində uzun illər davam edən böhranı aradan qaldırmaq mümkün olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı...
19:47 18.03.2026
Cəmiyyət
Zaxarova Paşinyanı Aİ ilə bağlı mövqeyinə görə tənqid edib
19:33 18.03.2026
Region
Dünyanın ən böyük qaz yatağına zərbələr qazın qiymətini yüksəltdi
19:13 18.03.2026
Dünya
Prezident Xocavəndin Xanoba kəndində olub - YENİLƏNİB
18:52 18.03.2026
Rəsmi
Vaşinqton “Tramp Marşrutu”nu gündəmdən çıxarır?
18:10 18.03.2026
Cənubi Qafqaz
Mixail Zabelin “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu
17:48 18.03.2026
Gündəm
Qazaxıstanda ailə məsələləri üzrə ombudsman institutu yaradılıb
17:32 18.03.2026
Dünya
Təqaüdçülərin sayı azalır, doğumlar kəskin düşür - AÇIQLAMA
17:20 18.03.2026
Sosial
İranlı qadın futbolçular Avstraliyadan ölkələrinə qayıdıblar
17:07 18.03.2026
Gündəm
Əli Laricani şənbə günü Məşhəddə dəfn ediləcək - YENİLƏNİB
16:44 18.03.2026
Gündəm
Dondurma arabası ilə tarix yazdılar: Avstraliyada “Çanaqqala ruhu”
16:22 18.03.2026
Gündəm
Vüqar Qurbanovdan sonra o da işdən çıxarıldı - FOTO
16:01 18.03.2026
Gündəm
ABŞ Prezidenti Donald Tramp İranı məhv etməklə hədələyib
15:52 18.03.2026
Gündəm