Bu ölkə İrana qarşı müharibədə iştirak edib - Bəqai

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Kanadanın ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarına dəstək verdiyini iddia edib.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, iranlı diplomat Kanadanın bu addım nəticəsində ABŞ-ın “ehtiyat komandası”na çevrildiyini bildirib.

Bəqai Kanadanın mövqeyini tənqid edərək, Vaşinqtonun siyasətinə dəstəyin Tehrana qarşı hərbi əməliyyatlarda iştirak formasına çevrildiyini vurğulayıb.