Ermənistan üçün yeni qaz mənbəyi TRIPP layihəsi çərçivəsində çəkiləcək qaz kəməri ola bilər.
Sherg.az-ın məlumatına görə, hakim “Mülki Müqavilə” partiyasının deputatı Sarkis Xandanyan bildirib ki, layihə əlavə qaz mənbəyinə çıxış imkanı yarada bilər. O, Azərbaycandan Ermənistana birbaşa qaz tədarükünün də mümkünlüyünü istisna etməyib.
Hazırda Ermənistan Rusiyadan qazı 1 000 kubmetr üçün 177,5 dollara alır.