Ermənistandan indiyədək Aİ-yə bir kiloqram belə balıq ixrac edilməyib

Ermənistanda fəaliyyət göstərən fermer və iş adamı Arutyun Mnatsakanyan ölkənin balıq məhsullarının Avropa İttifaqı bazarının tələblərinə cavab vermədiyini bildirib.

Sherg.az xəbər verir ki, onun sözlərinə görə, Ermənistan hökuməti Aİ-yə balıq ixracı üçün hüquqi prosedurları təsdiqləsə də, indiyədək Avropaya bir kiloqram belə balıq ixrac olunmayıb.

Mnatsakanyan hesab edir ki, əsas problemlər yerli balıq məhsullarının keyfiyyəti və yüksək maya dəyəridir. O bildirib ki, yalnız nəqliyyat xərcləri bir yük maşını balığın Avropaya daşınması üçün əlavə 6–7 min avro xərc yaradır.

İş adamı hökumətin ilk ixrac partiyalarını subsidiya edə biləcəyini istisna etməsə də, bunun uzunmüddətli həll olmayacağını vurğulayıb. Onun fikrincə, Ermənistan istehsalçıları Avropa bazarında daha keyfiyyətli və ucuz məhsullarla rəqabət aparmaqda çətinlik çəkəcəklər.