Son xəbərlər

Çin brendləri Avropanın lüks sənayesinə meydan oxuyur

Çin brendləri Avropanın lüks sənayesi üçün getdikcə daha ciddi rəqibə çevrilir.

Sherg.az-ın məlumatına görə, “Le Monde” yazır ki, Çində istehlakçılar daha münasib qiymətə keyfiyyətli məhsullar təklif edən yerli brendlərə üstünlük verməyə başlayıblar. Lüks məhsullara tələbat isə 2024-cü ildən azalmaqdadır.

Çanta istehsalçısı “Songmont”un 2025-ci ildə satışları 1 milyard yuanı ötüb. Şirkət xarici bazarlara genişlənir və İtaliyada istehsal müəssisəsi açmağa hazırlaşır.

Çin hökuməti də yerli brendləri dəstəkləyir və 2028-ci ilədək 25 iri milli brendin yaradılmasını planlaşdırır.

Qəzet Çin şirkətlərinin avtomobil sənayesində olduğu kimi, lüks sektorunda da Avropa istehsalçıları üçün ciddi rəqibə çevrilə biləcəyini qeyd edir.