ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Senatın Xarici Əlaqələr Komitəsində Ukrayna ilə bağlı qanunvericilər üçün qapalı brifinqdə çıxış edəcək.
Teleqraf xəbər verir ki, komitənin veb saytında yerləşdirilən cədvələ əsasən, Ukraynadakı vəziyyətlə bağlı qapalı brifinq 1 dekabr saat 14:00-da (Bakı vaxtı ilə saat 23:00) keçiriləcək. Brifinqin yüksək məxfilik məsələlərini əhatə edəcəyi bildirilir. Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin veb saytında qarşıdan gələn iclasın digər təfərrüatı barədə məlumat verilmir.