“Güclü Ermənistan” blokunun daha 4 namizədi deputat mandatından imtina etdi

Ermənistanda iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” blokunun daha 4 namizədi deputat mandatından imtina edib.

Sherg.az xəbər verir ki, mandatdan imtina edənlər arasında Gümrü merinin kürəkəni Avetis Arakelyan, hüquqşünas Qoar Meloyan, keçmiş nazir müavini Liliya Şuşanyan və ictimai-siyasi fəal Artur Danielyan yer alır.

Qeyd edək ki, iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, hakim Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyası 64, “Güclü Ermənistan” bloku 29, “Ermənistan” bloku isə 12 mandat qazanıb. Hakim qüvvə parlament çoxluğunu qoruyub saxlasa da, konstitusion çoxluq əldə edə bilməyib.

Deputat mandatlarının təqdim olunması mərasimi iyulun 21-də Mərkəzi Seçki Komissiyasında keçiriləcək.