Politoloq: ABŞ və İran arasında razılaşmanın əldə olunması üçün real potensial mövcuddur
08:27 15.05.2025
Region
387
ABŞ və İran nüvə proqramı ilə bağlı razılaşmaya çox yaxındır.
Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
“Düşünürəm ki, biz İranla razılaşma əldə etməyə çox yaxınlaşırıq. İranla ciddi danışıqlar aparırıq. Biz ikinci mərhələyə keçmək və İranı təhdid etmək istəmirik”, - o vurğulayıb.
Eyni zamanda İranın Ali lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Şəmxani deyib ki, İran iqtisadi sanksiyaların tamamilə ləğvi müqabilində ABŞ ilə nüvə sazişi imzalamağa hazırdır.
Şəmxani İranın heç vaxt nüvə silahı yaratmayacağını, silah istehsal etmək üçün istifadə oluna bilən yüksək zənginləşdirilmiş uran ehtiyatlarından imtina edəcəyini və uranı yalnız mülki məqsədlər üçün lazım olan səviyyəyə qədər zənginləşdirməyə razı olacağını bildirib.
O vurğulayıb ki, bu addımlar yalnız bütün sanksiyaların dərhal ləğvi şərti ilə mümkündür.
Politoloq İlqar Vəlizadə Sherg.az-a deyib ki, Trampın bu cür bəyanatlarla çıxış etməsi, İranın razılaşmaya hazır olduğu anlamına gəlmir:
"Nüvə proqramları ilə bağlı aparılan danışıqların mövcud gedişatı göstərir ki, tərəflər arasında müəyyən irəliləyişlərə nail olunması ehtimalı mövcuddur. Bu baxımdan İranın son təklifi də diqqətəlayiqdir. Belə ki, Tehran bildirib ki, uranın zənginləşdirilməsi prosesində ABŞ və Birləşmiş Ərəb Əmirlikləri iştirak edə bilər. Bu isə nüvə proqramının beynəlxalq nəzarət altına alınması və şəffaflığın təmin olunması baxımından mühüm addım kimi qiymətləndirilməlidir. Hələlik Vaşinqtondan bu təklifə rəsmi cavab verilməyib. Bununla belə, Trampın verdiyi açıqlamalar İranın mövqeyində müəyyən dəyişikliklərin baş verdiyini göstərir. Bu dəyişikliklər danışıqlarda yumşalma meyillərinin yaranmasından xəbər verir. Ümumilikdə ABŞ və İran arasında müsbət nəticə verə biləcək razılaşmanın əldə olunması üçün real potensial mövcuddur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə