
Tehran “balans” siyasətinə sadiqdir: İran birgə təlim keçirir, eyni anda İrəvana izahat verir
Yusif Nəzərli
07:57 23.05.2025
Region
422
Mayın 21-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Əziz Nəsirzadəni qəbul edib. Təhlükəsizlik Şurasının katibi nazirin Ermənistana səfərini alqışlayıb və Ermənistan-İran dostluq münasibətlərinin davamlı inkişafına və möhkəmlənməsinə töhfə verən ikitərəfli səfərlərin artdığını vurğulayıb. Nazir də öz növbəsində səmimi qəbula görə minnətdarlığını bildirib və ikitərəfli münasibətlərin inkişaf tendensiyası olduğunu əminliklə qeyd edib. Görüşdə nazir Nəsirzadə İranın Ermənistan Respublikasının ərazi bütövlüyünü və region ölkələrinin müstəqilliyini dəstəklədiyini bir daha təsdiqləyərək beynəlxalq səviyyədə tanınmış sərhədlərdə hər hansı dəyişikliyə qarşı çıxış edib.
Politoloq Elxan Şahinoğlu Sherg.az-a deyib ki, Tehran “balans” siyasətinə sadiqdir. Ekspert vurğulayıb ki, İran Azərbaycanla birgə işğaldan azad olunan ərazidə “Araz-2025” birgə hərbi təlimləri keçirərkən, bu ölkənin müdafiə naziri Amir Əziz Nasirzadə təcili İrəvana gedib:

"Nazir Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdə bildirib ki, İran-Ermənistan sərhədi iki xalqın tarixi ünsiyyət yoludur və Tehranın bu sərhədə hər hansı təcavüzə göz yumması mümkün deyil. Görünür, İranın müdafiə naziri ölkəsinin Azərbaycanla birgə hərbi təlimlərin Ermənistana qarşı yönəlmədiyini vaxt itirmədən İrəvana yerindəcə izah etmək istəyib. Nasirzadə İrəvanda bunu deyib: “İranın əsas siyasəti bütün qonşularla, xüsusilə də Ermənistanla münasibətləri gücləndirməkdir və bu yolda heç bir maneə bizi dayandıra bilməz". Sizi dayandıranmı var? Azərbaycanı da təhlükəsizlik maraqlarının təmin olunmasında dayandıran yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə