Yəhudilər etiraz edir: Hitlerin xanımının əşyaları hərraca çıxarıldı
15:50 20.11.2019
Relaks
841
Avropa Yəhudi Assosiasiyası (EJA) Almaniyada Adolf Hitlerin rəfiqəsi Yeva Braunun paltarlarının və şəxsi əşyalarının hərracının keçirilməsinə etiraz edib. Axar.az xəbər verir ki, EJA-nın bəyanatında bu əşyaların heç bir tarixi dəyərinin olmadığı və nasizm ideologiyasını təbliğ edən adamlar tərəfindən satın alındığı qeyd olunub.
Qeyd edilib ki, hərracda gümüşlə cildlənmiş Hitlerin “Mayn Kampf” kitabı da olub. Yeva Braunun gümüşdən olan poçt qutusu 10 min 500 avroya, Hitlerin gümüş çərçivədə və avtoqrafı olan fotoşəkli isə 46 min dollara satılıb.
EJA-nın sədri, ravvin Menahem Marqolin Almaniyanın siyasi liderlərinə ünvanladığı məktubda öz narahatlığını ifadə edib. O qeyd edib ki, “hərrac nasistləri təbliğ etmək, onlara simpatiyasını göstərmək istəyənlər üçün fürsət olub”. Ravvin əlavə edib: “Mən başa düşürəm ki, nasist xatirə əşyalarını almaq və satmaq qeyri-qanuni deyil. Mənim müraciətim də hüquqa əsaslanmır. Amma mənəviyyat çox mühümdür. Bu, yanlışdır”.
Hərrac Evinin direktoru Bernhard Paçer DPA informasiya agentliyinə müsahibəsində deyib: “Bizim hərracda iştirak edən müştərilər muzeylər, şəxsi kolleksiya sahibləridir və biz onlara hər cür qədim əşyalar təklif edirik”. O əlavə edib ki, yəhudi icmasının həssaslığı baxımından bu əşyaların hərracında “yanlış adamların” iştirak etməməsinə diqqət yetirilir.
Adolf Hitlerin məktubları da daxil olmaqla şəxsi əşyalarının satışa çıxarıldığı daha bir hərrac Münxen şəhərində keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm