Gürcüstan XİN Abxaziyadakı “seçkilər”i qınadı
Yusif Nəzərli
12:51 15.02.2025
Region
511
Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Abxaziyada keçirilən “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb.
Teleqraf xəbər verir ki, XİN separatçı Abxaziyada təşkil olunan səsverməni Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə növbəti təcavüz cəhdi adlandırıb.
Bəyanatda qeyd olunub ki, “seçkilər” Abxaziyanın qanunsuz işğalı və faktiki ilhaqına doğru atılmış addımların qanuniləşdirilməsi üçün növbəti uğursuz cəhddir.
Bildirilib ki, Abxaziya bölgəsində etnik soyqırımı nəticəsində yüz minlərlə insanın məcburi köçkün və qaçqın düşməsi fonunda qondarma seçkilər beynəlxalq hüququn fundamental normalar və prinsiplərinə ziddir, onların heç bir hüquqi nəticəsi ola bilməz.
XİN beynəlxalq ictimaiyyəti Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün pozulmasına yönəlmiş hərəkətləri düzgün qiymətləndirməyə və lazımi cavab verməyə, Rusiyanı Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü pozan hərəkətləri dayandırmağa çağırıb.
Qeyd edək ki, separatçı Abxaziya bölgəsində “prezident seçkiləri” bu gün keçirilir. “Prezidentlik” uğrunda beş namizəd mübarizə aparır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm
İrəvan TRİPP-ə görə bu qanunu dəyişir
13:52 12.11.2026
Gündəm