Beynəlxalq axtarışda olan şəxslər Azərbaycana gətirildi
Yusif Nəzərli
16:42 11.04.2025
Hadisə
251
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım vəhüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Orucov Emil Mayıl oğlu, Ələkbərov Babək Faiq oğlu, Qurbanov Baloğlan Yaşar oğlu və Məmmədov Vaqif Elyaz oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bu barədə Sherg.az-a Baş Prokurorluqdan məlumat verilib.
"Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.
Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.
Həmçinin, 10.12.2024-cü il tarixində Qazax rayonu ərazisində, dövlətlərarası axtarışda olduğu üçün saxlanılmış Gürcüstan vətəndaşı Vakhtang Kurtanidzenin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Rusiya Federasiyası Baş Prokurorluğunun vəsatəti yuxarıda göstərilən Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edildiyinə görə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil verilib", - deyə məlumatda bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm
Rusiyadakı soydaşlarımız böyük risk altındadır - Fuad Abbasov
17:08 04.02.2026
Gündəm
İranda xaşxaş əkininə icazə verildi
17:01 04.02.2026
Region
Qahirədə Ərdoğan və Sisi arasında təkbətək görüş keçirildi
16:54 04.02.2026
Dünya
Zaxarovadan Türkiyəyə çağırış: Onlara mane olun!
16:53 04.02.2026
Gündəm
İsrailin elmi nailiyyətləri Azərbaycana yol açır - Ekspert
16:48 04.02.2026
Texnologiya
Sosial problemlər uşaqları müdafiəsiz qoyur - Mehriban Zeynalova
16:36 04.02.2026
Cəmiyyət
Rusiyadan açıq müharibə mesajı: Bu ölkələri hədələdilər
16:18 04.02.2026
Dünya