Ali məktəblərə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb
08:39 15.05.2025
Elm və Təhsil
441
Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb.
Bu barədə Sherg.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan (kabineti olmayanlar) sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə 10 iyul 2025-ci il tarixinədək DİM-in müvafiq internet səhifəsinə daxil olub “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər.
Şəxsi kabineti olanlar qeydiyyat sisteminə daxil olarkən təyin etdikləri parol qısa və zəifdirsə, müasir təhlükəsizlik tələblərinə cavab vermirsə, sistem avtomatik olaraq onu yeniləməyi tələb edəcək. Qeydiyyat sisteminə daxil olarkən parolun dəyişdirilməsi ilə bağlı belə bildiriş aldıqda orada verilən tələblərə əsasən parolunuzu yeniləməlisiniz. Qeyd edək ki, parolunuz 12 – 20 simvol uzunluğunda (ən az bir rəqəm, bir latın hərfi və ""!@#$&_"" kimi xüsusi simvoldan ibarət) olmalıdır. Şəxsi kabinetinizin istifadəçi adı və parolu məxfi saxlanılmalı və kənar şəxslərlə paylaşılmamalıdır.
Sistemə daxil olarkən subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlət elektron məlumat bazasından avtomatik əldə olunur.
Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə daxil olub “Yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavrın şəxsi kabinetində qeyd etdiyi nömrəyə “sms” xəbərdarlıq gələcək. Xəbərdarlıq gəldikdən sonra subbakalavrlar elektron ərizəni təsdiq etməlidirlər. Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.
Xatırladaq ki, “Şəxsi kabinet”ində qeyd olunan mobil telefon nömrəsi subbakalavrın özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, həmin subbakalavr “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsinə düzəliş etməlidir.
Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.
Müsabiqədə iştirak ödənişsizdir.
Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar 30 may saat 23:59-dək ərizələrini təsdiq etməlidirlər. Çünki qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat yaxın günlərdə başlayacaq və mayın 30-dək davam edəcək. Subbakalavrlar qeyd olunan tarixədək müvafiq komissiya üzrə də qeydiyyatdan keçib qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanlarında iştirak ödənişlidir. Qabiliyyət imtahanları haqqında daha ətraflı məlumatı “Abituriyent” jurnalının yaxın günlərdə çap olunacaq xüsusi buraxılışlarından əldə etmək mümkündür.
XQTİ-ləri yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və “məqbul” qiymət alan subbakalavrlar seçə bilərlər.
1995-2007-ci il təvəllüdlü (30.04.2007-ci il tarixinədək anadan olmuş) 30 yaşınadək olan kişi cinsli subbakalavrların elektron ərizələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmət keçməsi, ya çağırışdan möhlət hüququnun olması, ya çağırışdan azad edilməsi və ya müddətli həqiqi hərbi xidmətə çağırılmama və ya müvəqqəti çağırılmaması barədə məlumat Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) vahid elektron informasiya sistemində əks olunmalıdır.
30.04.2007-ci il tarixindən sonra doğulmuş və ya 30 yaşı tamam olmuş subbakalavrların elektron ərizələri SHXÇDX-in vahid elektron informasiya sisteminə sorğu verilmədən təsdiq edilir.
Hərbi qeydiyyatın aparılması Azərbaycan Respublikasının SHXÇDX tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.
Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda (tarixlər elan olunacaq) ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə