Sui-qəsd ehtimalı: Putin artıq ətrafındakı şəxslərə də güvənmir
09:48 15.05.2025
Gündəm
559
İngiltərənin "The Mirror" qəzetinin yaydığı məlumata görə, Rusiya prezidenti Vladimir Putin, ona qarşı sui-qəsd ehtimalına görə Kreml xaricindəki fəaliyyətlərini minimuma endirib. Bildirildiyinə görə, o, ya ətrafındakı şəxslərə güvənmir, ya da Kremlin sərt təhlükəsizlik şəbəkəsi xaricində özünü riskdə hiss edir.
Sherg.az "ntv.com.tr"-yə istinadən xəbər verir ki, Ukrayna müharibəsinin getdikcə artan təzyiqi altında olan 72 yaşlı Putin, son zamanlarda təhlükəsizlik tədbirlərini daha da sərtləşdirib.
1 MİLYONA YAXIN İTKİ
Rusiya cəmiyyətində Ukraynada həyatını itirən, yaralanan və ya itkin düşən hərbçilərin sayının təxminən bir milyon olduğu barədə məlumatların yayılması ölkə daxilində narahatlıq yaradıb.
ZELENSKİ İLƏ GÖRÜŞMƏKDƏN ÇƏKİNİR
Mütəxəssislərin fikrincə, prezident Putin, bu gün Türkiyədə baş tutacaq zirvəyə də Ukrayna lideri Volodimir Zelenski ilə üz-üzə gəlmək istəmədiyi üçün qatılmayıb.
Qərbli kəşfiyyat mənbələri, Putinin yalnız sui-qəsddən deyil, həm də müharibədə tətbiq etdiyi “ət maşını” strategiyasının nəticələrindən qorxduğunu bildirirlər.
“UKRAYNA MÜHARİBƏSİ PUTİNİN SONUNU GƏTİRƏCƏK”
Britaniya Ordusunun keçmiş kimyəvi, bioloji və radiasiya mütəxəssisi Albay Hamish de Bretton-Gordon bildirib:
“Putinin artıq "gəzən ölü" olduğuna inanan daha yaxşı məlumatlı analitiklər var. Ukraynadakı müharibə onun sonunu gətirəcək.”
Analitiklərə görə, Putin artıq vaxt qazanmaq imkanını itirib və Zelenskinin Türkiyədə üz-üzə görüş tələbi onun blöfünü ifşa edib. Artan təhlükəsizlik tədbirləri ilə birlikdə Putinin paranoya səviyyəsinin artdığı da iddialar arasında yer alır.
Britaniyalı Rusiya üzrə kəşfiyyat analitiki isə bu barədə belə deyib:
“Rusiyada vəziyyət Putinin əleyhinə dəyişir. Moskva kimi bir yerdə səhv qərarlar verən liderin aqibətinin necə olacağı bəllidir. Ona görə də paranoid olması başa düşüləndir.”
Əfqanıstanda Britaniya qüvvələrinə rəhbərlik etmiş Albay Richard Kemp isə deyib:
“Putinin ölümünü istəyən bir çox insan var. Amma təhlükəsizlik tədbirləri o qədər sərtdir ki, belə bir sui-qəsdin həyata keçirilib keçirilə bilməyəcəyi şübhə altındadır. Hazırda bu ehtimal çox aşağı görünür.”
Rus mediasına görə Putin 2023-cü ildən bəri daim gülləkeçirməz jilet geyinir. Bu tədbirin, onun təhlükəsizlik xidməti – Prezident Mühafizə Xidməti tərəfindən tövsiyə edildiyi bildirilib.
Üstəlik, məlumatlara görə, Putin öz mühafizəçilərinə belə tam güvənmir. Hətta, yerləşdiyi məkanla bağlı təhlükəsizlik komandasına tez-tez yanlış məlumat verdiyi iddia olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə