“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında taktiki təlim keçirildi - VİDEO
Yusif Nəzərli
10:55 24.02.2022
Cəmiyyət
386
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının xidməti ərazisində “Dövlət sərhədində silahlı basqınların dəf edilməsi və sərhəd axtarışının aparılması” mövzusunda taktiki təlim keçirilib.
NTV-dən verilən məlumata görə, təlimin planına əsasən, ərazidə təxribat-pozuculuq fəaliyyətini həyata keçirmək niyyətində olan naməlum şəxslər dövlət sərhədini pozurlar.
Bu zaman zastavaya işarəverici qurğulardan dövlət sərhədinin pozulması haqqında siqnal daxil olur.
Növbətçi tərəfindən zastava rəisinə məruzə edildikdən sonra zastava dərhal “Silaha” komandasına qaldırılır. Həyəcan qrupu zastava rəisinin başçılığı ilə hadisə yerinə hərəkət edir, hərbi pərdələyici qruplar isə dövlət sərhədi və Naxçıvan Muxtar Respublikası ərazisinin dərinliklərinə doğru sərhəd pozucularının hərəkətlərinin qarşısını almaq üçün təyin olunmuş hüdudlar boyu ərazini qapayır. Sahil mühafizə qrupu ərazi sularında axtarış tədbirlərini həyata keçirir.
Sərhəd pozucularının izləri müəyyən olunduqdan sonra sərhəd axtarışı tədbirləri keçirilir. Sərhəd axtarışı zamanı sərhədyanı yaşayış məntəqələrində və təsərrüfat işləri aparılan sahələrdə yerli əhalinin sorğusu keçirilir. Sorğu zamanı dövlət sərhədini pozanların silahlı şəxslərdən ibarət olması və sərhəd yaxınlığındakı istifadəsiz binaya tərəf hərəkət etmələri müəyyən edilir. Zastava rəisi tərəfindən sərhəd pozucuları haqqında əldə olunmuş məlumatlar yuxarı komandanlığa məruzə olunur.
Dövlət sərhədini pozan naməlum silahlı şəxslərin təxribat hərəkətlərinin qarşısının alınması və zərərsizləşdirilməsi məqsədilə Əlahiddə Sərhəd Diviziyası komandirinin qərarına əsasən “Həyəcan” komandası ilə qaldırılan Çevik hərəkət taborunun həmlə qrupları hadisə baş vermiş istiqamətə hərəkət edir.
Təxribatçıların yerləşdiyi bina çevik həmlə qrupları tərəfindən mühasirəyə alınır. Snayperin binada aşkar edilmiş silahlı hədəfi məhv etməsindən sonra zirehli piyada transportyorlarının atəş dəstəyi ilə qrupların binaya girişi təmin olunur.
Təxribatçıların silahlı müqavimət göstərməsinə baxmayaraq həmlə qrupları peşəkarlıq nümayiş etdirərək silahlı şəxsləri zərərsizləşdirir və təxribatçı dəstənin rəhbəri yaxalanaraq təyin olunmuş məntəqəyə təxliyə edilir. Beləliklə təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
17:06 18.11.2026
Media
Numan Kurtulmuş Özgür Özəli ziyarət edəcək
16:57 18.11.2026
Siyasət
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
16:54 18.11.2026
Ekologiya
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
16:30 18.11.2026
Dünya
Putin və Tramp Çində ayaqüstü söhbət ediblər
16:13 18.11.2026
Gündəm