3-ü 10 manata kənd çolpası?
Yusif Nəzərli
09:12 18.01.2023
Cəmiyyət
731
Keyfiyyətsiz məhsulu kənd çolpası adı ilə camaata sırıyırlar
Aşağı qiymətə satılan kəsilmiş toyuqlar yumurtadan kəsilənlərdir
Son zamanlar binaların, metrostansiyaların qabağında 3-ü 10 manata kənd çolpası adı ilə
toyuqlar satılır. Ucuzluğuna həvəslənib, alanlar da az deyil.
Maraqlıdır, ətin bu qədər bahalaşdığı bir zamanda 3-ü 10 manata toyuq əti almaq olarmı?
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) İdarə
Heyətinin sədri Mürvət Həsənli deyib ki, əslində bu cür toyuqlar ölkəmizə daha çox Belarusdan
gətirilir. Onun sözlərinə görə, bu toyuqlar dondurulmuş halda olurlar və qablaşdırmanın üzərində
2-ci sort olduğu qeyd edilir. Sadəcə, bəzi işbazlar qablaşdırmanı cırır, keyfiyyətsiz məhsulu kənd
çolpası adı ilə satmağa çalışırlar.
Qida məsələləri üzrə ekspert Ağa Salamov isə “Şərq”ə açıqlamasında deyib ki, toyuqların
ucuz olmasına əsas səbəb yaşı keçmiş olmalarıdır:
”Bu cür aşağı qiymətə satılan kəsilmiş toyuqlar yumurtadan kəsilənlərdir. Bu toyuqlar, yumurtalıq olaraq yetişdirilirlər. Yarka dövrünü keçən heyvan ətinin satışı və yeyilməsi isə doğru deyil. Yarka yumurtlamadan öncəki olan və xoruz olmamış dövrdür. Toyuq dediyimiz isə yumurtlayanlardır. Yumurtadan kəsilən toyuqları isə kəsib bu cür ucuz qiymətə satırlar. Belə həddi-buluğa çatan quş ətləri isə yeyilmək üçün əlverişli deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə