Hamilə qadın ölümləri...
Yusif Nəzərli
20:26 18.01.2023
Cəmiyyət
592
Təkcə həkimlərin suçu deyil, qadınlar da məsuliyyətli olmalıdır
“Hamiləliyin erkən vaxtlarda diaqnostikası bir sıra xoşagəlməz nəticələrdən qaçmağa kömək edir”
Tərtər rayonunda hamilə qadın evdə ölüb. Hadisə rayonun Hüsənli kəndində qeydə alınıb. 1995-ci il təvəllüdlü Türkanə Əsədovanın evdə halı pisləşib və qəflətən ölüb. O, 30 həftəlik hamilə olub və hadisə zamanı döl də tələf olub. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, iki gün əvvəl isə Göyçayda 8 aylıq hamilə olan Fidan Kərimovanın qəfildən halı pisləşib. Yaxınları dərhal təcili tibbi yardımı köməyə çağırıblar. Ünvana gələn həkim briqadası müayinə edib və onun öldüyünü söyləyib. Qan nümunələrinin analizi nəticəsində hamilə qadının tromboemboliyadan vəfat etdiyi məlum olub.
Ginekoloq Rəna Həsənəliyevanın sözlərinə görə, hamilələrdə qəfil ölüm hallarının qarşısını almaq üçün hamiləlik öncəsi müayinə, hamiləliyin planlı şəkildə təşkil olunması, vaxt itkisinə yol verməmək məqsədəuyğun hesab edilir: “Hamiləlik dövründə hipertonik pozğunluqlar əsas patologiyalardan biridir. Biz tez-tez hamilələrdə bu problemə rast gəlirik.
Bu gün iri şəhərlərdə hamilə qadınların vaxtında qeydiyyata düşməsi problemi yoxdur. Belə arzuolunmaz faktlara, əsasən bəzi kəndlərdə rast gəlinir. Lakin qadınların hamiləlik zamanı həkimlər tərəfindən müayinə edilməyə getməmələrinin bir çox səbəbləri də var. Əksər hallarda qadınların öz reproduktiv sağlamlıqlarına laqeyd yanaşması, sadəcə onların hamiləliyin mümkün mənfi təsirləri haqqında məlumatsız olmalarından irəli gəlir.
Bəzən hamilə qadının ailəsi hesab edir ki, onu doğuşa qədər həkim müşahidəsinə aparmağa ehtiyac yoxdur. Bəzənsə qadınlar müəyyən vaxta qədər hamiləliklərini gizlətməyə çalışırlar və buna görə də həkimə getmirlər. Lakin hamiləliyin erkən vaxtlarda diaqnostikası bir sıra xoşagəlməz nəticələrdən qaçmağa kömək edir.
Antenatal (doğuşaqədərki) xidmət, qadının hamiləlik dövründə müayinə olunması, bir çox xoşagəlməz halların qarşısının alınmasına kömək edir. Amma hamiləliyə hazırlıq dövründə qəfil ölümlərə səbəb olacaq bir sıra xəstəliklərin qarşısını almaq lazımdır”.
Ginekoloqun sözlərinə görə, bəzən elə hallar olur ki, hər hansı bir xəstəlik üzündən qadının hamilə olması onun üçün əks-göstəriş hesab edilir. Bu zaman həm gələcək ananın sağlamlığı, həm də dölün inkişafı, hətta həyatı üçün təhlükənin olması ehtimalı xeyli yüksək olur. Hamiləlik planlaşdıran qadınlar əvvəlcədən, yaxud da hamiləliyin ilk aylarında həkim müayinələrinə getmədiyi üçün sonradan qəfil ölümlər yaranır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm