
Natiq Cəfərli: İran Qərblə danışıqlarda kozur saxlamaq üçün AİB-ə gedir
14:06 01.10.2024
Dünya
526
İrəvana səfərim zamanı ölkəmizin Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə bağlı niyyətimizi ifadə edəcəyik.
“Mehr” İnformasiya Agentliyinə istinadən xəbərinə görə, bunu İrəvana gedişindən əvvəl açıqlama verən İranın birinci vitse-prezidenti Məhəmməd Reza Aref bildirib.
O qeyd edib ki, həm qonşu, həm də region ölkələri ilə əlaqələrin dərinləşdirilməsi rəsmi Tehran üçün prioritet təşkil edir. İranın yüksək səviyyəli rəsmisinin sözlərinə görə, ölkəsinin həm BRICS, həm də Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük prosesi yekunlaşıb.
Qeyd edək ki, Məhəmməd Reza Aref Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin dövlət başçılarının görüşündə iştirak etmək üçün İrəvana gedib.
Respublikaçı Alternativ (REAL) Partiyasının sədri Natiq Cəfərli “Sherg.az”asöyləyib ki, Avrasiya İqtisadi Birliyinə İranın üzvlüyü problematik görünür:

“Avrasiya İqtisadi Birliyi keçmiş postsovet məkanı respubilikalarından formalaşıb. Yəni Rusiyanın birbaşa rəhbərliyi və təsiri altında yaranıb. İndiyə qədər həmin birliyə postsovet məkanından kənar dövlət üzvlük üçün müraciət etməyib. İranın hələlik Avrasiya İqtisadi Birliyində müşahidəçi kimi iştirakı nəzərdən keçiriləcək. Sadəcə olaraq İran diplomatiyası bir neçə istiqamətdə özü üçün danışıqlar predmenti hazırlayır. Amerika Birləşmiş Ştatları başda olmaqla Qərb dövlətləriylə İran arasında intensiv danışıqlar gedir. İran Qərblə danışıqlarda kozur saxlamaq üçün Avrasiya İqtisadi Birliyinə gedərik, ona görə bizimlə əlaqələri yaxşı saxlayın formasında yanaşma ortaya qoymağa çalışır. Yəni İran həmişəki kimi məsələni alver predmentinə çevirməyə səy göstərir. Avrasiya İqtisadi Birliyinə üzvlük yeni gömrük müqavilələrinin bağlanmasını da özündə ehtiva edir. İran isə sanksiyalar altında olan ölkədir. Rusiya saksiyalara baxmayaraq İranla əməkdaşlıq etsə, Avrasiya İqtisadi Birliyinə üzvlük edən digər ölkələr buna getməyəcək. Məsələn, Qazaxıstanın Qərblə yaxşı əlaqələri mövcuddur. İranla bağlı hansısa sanksiyalara məruz qalan ticarət əlaqələri olarsa, Qərblə münasibətlərinə ciddi xələl gələ bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual