Ekspert: Zəhərlə dolu siqaret köşkləri tələbələrin lap dizinin dibinə qədər gətirilib
07:57 14.02.2025
Sosial
541
Tələbələrin, gənclərin sağlamlığı məhv edilir
“Köşk sahibi və köşkün orada yerləşdirilməsinə izin verənlər də qaz vurub, qazan dolduracaq”
Texniki Universitetlə Memarlıq və İnşaat Universitetinin yerləşdiyi ərazidə, səkidə ticarət köşkü qoyulub. “Qoyulub” sözü vəziyyəti real əks etdirmir. Daha uyğun ifadə “səkiyə ticarət köşkü dürtüblər”, olsa gərək. Kənardan bu, aydın görünür. Məqsəd bəllidir. Səki ilə hər gün minlərlə tələbə o tərəf-bu tərəfə addımlayır. Təbii ki, köşkdə satılan mallar – xüsusən siqaret və kimyəvi qatqılı, zərərli atışdırmalıqlar – çipsilər, Cola, Fanta, cizi-mizi… gənclərin diqqətini çəkəcək və qeyri-ixtiyari köşkə doğru istiqamətlənəcəklər. Köşk sahibi və köşkün orada yerləşdirilməsinə izin verənlər də qaz vurub, qazan dolduracaq. Tələbələrin, gənclərin sağlamlığını məhv etmələri hesabına. Siqaret satışı təhsil müəssisələrindən uzaq olmalıdır, dənə ilə satılmamalıdır, deyilsə də, “Tütün məmulatlarından istifadə” ilə bağlı rəsmi qadağalar qəbul edilsə də, işbazlar və havadarları öz bildikləri havanı çalır, havaya oynayanlar da tapılır. Tələbələr kimi. Xatırladaq ki, vaxt vardı, bu ali təhsil müəssisələrinin önündə gətirib atraksionlar da quraşdırılmışdı. Bir neçə həqiqi ziyalı etiraz etdikdən sonra yığışdırmaq məcburiyyətində qaldılar. Hər cür zir-zibilin, faydasız nəsnələrin satıldığı belə köşklər zatən küçələri zəbt edib. Vaxtilə ölkəyə qəzet köşkü adı ilə gətirilən, guya ki, maariflənməyə xidmət edəcək köşklərin mini-marketə çevrildiyini hamımız gördük. Köşklərin sözükeçərli sahibi vəzifədən uzaqlaşsa da, köşklər qaldı və hələ də ziyanlı missiyasını davam etdirir. Ona görə ziyanlı deyirik ki, bu köşklərdə ən çox satılan məhz siqaret və sadaladığımız ziyanlı qidalardır. İndi isə belə bir köşk tələbələrin lap dizinin dibinə qədər gətirilib. Və ziyanlı vərdişlər gənclərə daha da əlçatan olub. Elə, əl altındadı. Uzağa getməyə ehtiyac qalmayıb. Hər 2 tələbədən biri tənəffüs zamanı, yaxud dərsdən çıxanda o köşkdən siqaret alsa, köşk sahibi qazanacaq, tələbələr isə sağlamlıqlarını hər siqaret tüstüsündə fənaya verəcəklər.
Təhsil məsələləri üzrə ekspert Elmin Nuri “Sherg.az"a açıqlamasında qeyd etdi ki, bu, təhsildən daha çox sosioloji məsələdir:
- Bir çox universitetlərin qarşısında və yanında o köşkdən var. 18 yaşını keçmiş tələbələr isə tütün məhsulları almaq hüququna malikdirlər. Təbii ki, şəxsən mən, bu cür köşklərdə satılan mal və məhsulların ziyanlı olmasıyla bağlı deyilənlərlə razıyam. Əlbəttə, heç doğru deyil. Bu, sosioloji problemdir. Təhsil müəssisələrinin qarşısında, yaxınlığında ziyanı faydasından daha çox olan qurğular, hər hansı vasitələr olmasa yaxşıdır. Biz gənclərimizi elmə, təhsilə, sağlam həyat tərzinə təşviq etməliyik. Tələbə tənəffüs zamanı, yaxud dərsə gedib-gələndə yolunun üstündəki köşkdən rahatlıqla siqaret və ya hansısa ziyanlı qidanı əldə edə biləcəksə, əlbəttə, bu, onun sağlamlığına ziyanlı olacaq. Bu cür köşklərdə zəruri, faydalı əşyalar satılmalıdır, siqaret kimi ziyanlı məmulatlar deyil.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət