
Aİ-nin Rusiya qorxusu: Avropa ABŞ-ni müharibəyə cəlb etməklə...
11:17 15.05.2025
Dünya
474
Avropa İttifaqı ABŞ-ni Rusiya ilə münaqişəyə cəlb etməyə çalışır.
Bu fikri norveçli professor Qlenn Dizen “Judging Freedom” adlı “YouTube” kanalında irəli sürüb.
O bildirib ki, Avropa liderləri danışıqlarda maraqlı deyillər.
Ekspert qeyd edib ki, onların əsas vəzifəsi amerikalıları müharibəyə cəlb etməkdir. Dizenin sözlərinə görə, Brüssel artıq Ukraynadakı vəziyyəti dəyişmək iqtidarında deyil. Hazırda Avropa siyasətçiləri yalnız birgə fotolar çəkdirə və "güclü siqnallar" göndərə bilərlər.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a söyləyib ki, Avropada Ukrayna münaqişənin həllindən sonra Rusiyanın gözlərinin onlara doğru çevriləcəyini düşünürlər:

“Belə olan halda isə Rusiya güclü təzyiqlə qarşı-qarşıya qalacaq. Digər tərəfdən isə Rusiya və ABŞ-nin mövqeyi Ukrayna məsələsində üst-üstə düşməyə başladyıb. Eyni zamanda Ukrayna və Amerika arasında mineral resurslar barədə sövdələşmə imzalanıb. Bu məsələlərdən sonra Avropa biraz prosesdən kənarlaşdırılmış oldu. Avropa İttifaqının ABŞ barəsində belə bir düşüncəsi əvvəldən var idi. Hətta Bayden dönəmində Ukrayna müharibəsinin hərbi və siyasi ağırlığı Amerikanın üzərindəydi. Lakin Amerikada siyasi baxışlar, Avropada isə hakimiyyətlər dəyişdi. Digər tərəfdən Avropada liberallar hakimiyyətdən gedir, yerlərinə sağ millətçilər gəlir. Millətçilərin gəldiyi hakimiyyət dönəmlərində isə heç vaxt Avropa siyasi mühiti müharibəsiz olmayıb. Bu mərhələdə sual yaranır ki, Avropa ABŞ-ni müharibəyə cəlb etməklə Fransa, Almaniya və Böyük Britaniyanın fərqli davranmasına nail olacaqmı? Bu baxımdan hələ mövqelər tam olaraq bəlli deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə