
Bacısını qaçıran əmisi oğlunu öldürmüşdü! - FOTO
09:06 16.05.2025
Hadisə
370
16 yaşlı qatil və atası ilə bağlı dəhşətli detallar üzə çıxdı
Samsunda bacısını evlənmək məqsədilə qaçıran əmisi oğlunu tapança ilə vuraraq öldürən 16 yaşlı yeniyetmə və hadisəni törətməyə təhrik etdiyi iddia olunan atası məhkəməyə göndərilib. Sherg.az xəbər verir ki, qan donduran hadisənin təfərrüatları üzə çıxıb.
Hadisə Samsunun İlkadım rayonunun 19 May məhəlləsində, Talimhane küçəsində yerləşən ikinci əl mebel mağazasında baş verib. İddialara görə, 16 yaşlı M.T., bacısını evlənmək üçün qaçıran əmisi oğlu Okan Doğan Torun (24) ilə danışmaq üçün görüşüb. Görüş zamanı M.T., Okan Doğan Torunu sinəsindən tapança ilə vuraraq ağır yaralayıb.

Okan Doğan Torun yaralı vəziyyətdə qaçaraq bir kitab mağazasına sığınıb. Bu zaman əlində tapança ilə Torunun arxasınca küçə boyu qaçan M.T., yenidən atəş açıb. Güllələrdən biri hadisə yerində oturan D.A.-nın belinə dəyərək onun yaralanmasına səbəb olub. Hadisə yerinə gələn təcili tibbi yardım qrupları yaralıları təcili olaraq Samsun Təhsil və Araşdırma xəstəxanası ilə Qazi Dövlət xəstəxanasına çatdırıblar. Okan Doğan Torun həkimlərin bütün müdaxilələrinə baxmayaraq həyatını itirib.
Hadisədən qısa müddət sonra Təhlükəsizlik Qrupları tərəfindən yaxalanan M.T., Samsun Təhlükəsizlik Müdirliyinin Uşaq Şöbəsi əməkdaşlarına təhvil verilib. İddialara görə, hadisə zamanı qızını qaçıran qohumu Okan Doğan Torunun qollarını tutan ata H.İ.T., “Vur la vur!” deyərək oğluna silahla atəş açmağa təhrik edib.
Hadisəyə təhrik etdiyi iddia edilən M.T.-nin atası, 48 yaşlı H.İ.T., Cinayətlərlə Mübarizə Bürosunun əməkdaşları tərəfindən saxlanılıb. Polis bölməsindəki ifadələri tamamlanan M.T. və atası H.İ.T. Samsun Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat
Azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü
17:23 10.08.2026
Hadisə
Bakıda 9 marşrutun hərəkəti dəyişdirilib
17:15 10.08.2026
İnfrastruktur