Alimlər təsdiqləmir
Yusif Nəzərli
21:18 10.12.2021
Sağlamlıq
750
"Omikron" insanlara siçanlardan keçməyib
Türk professor: "Peyvəndlərdə dəyişiklik edilməlidir ki, qoruyuculuq effekti yeni varianta uyğun olsun"
“Hazırda mövcud olan bütün vaksinlər “Omikron” ştamına qarşı işə yarayır”. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı deyib. H.Harmancı qeyd edib ki, Azərbaycanda hələlik “Omikron” ştamına rast gəlinməyib: “Amma bu, sözügedən ştamın Azərbaycanda aşkarlanmayacağı mənasına da gəlmir. Koronavirusun mutasiyaları dünyada yayılır və virusun olduğu hər yerdə ştamlara rast gələcəyik. Lakin narahat olmağa gərək yoxdur. Hazırda mövcud olan bütün vaksinlər “Omikron” ştamına qarşı işə yarayır”.
Dünya alimlərini isə hazıra bu sual düşündürür – "Omikron" pandemiyanı bitirəcək, 2 ildir gözlənilən “xilaskar” mutasiyadırmı? İddialar, mülahizələr fərqlidir. Alimlərin bir qismi "Omikron"un pandemiyanı sonlandıracaq variant olduğuna inanır. Bir qisim isə konkret cavab verməkdən çəkinir. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, "Omikron"la bağlı hazırkı məlumatlar bu variantın əsasən gənclər arasında yayıldığını, yeni variant ilk yoluxma faktının da məhz gənc insanda aşkarlandığını və əvvəlki variantlara nisbətən daha az ölümcül olmasıdır.
Hong Kong Universiteti Li Ka Shing Tibb Fakültəsi tərəfindən "Omikron" ştamının ilk mikroskopik görüntüsü yayılıb. Alimlərə görə, COVİD-19-un "Delta" variantı ilə hazırkı "Omikron" variantı arasında bəzi fərqlər var. İstanbul Tibb Fakültəsi Tibbi-Mikrobiologiya kafedrasının virusologiya və təməl immunologiya elmləri üzrə professor Əli Ağacfidan qeyd edib ki, "Omikron" variantı əsasən gənclərdə aşkarlanır. "Omikron"un 50 müxtəlif mutasiyası müşahidə edilib, onlardan 32-si spike bölgəsindədir (S proteininin müəyyən bölgəsinə yönəlmiş anticisimlərin hədəfə alınması).
"Delta"da isə bu fərq 9-dur. Ona görə də kliniki göstərişlərdən çıxış edərək nəticə çıxarmaq hələ tezdir. Virus hələ yenidir. "Omikron" variantına yoluxma halında dad və qoxubilmə qabiliyyətinin itməsi ilə bağlı isə bildirilir ki, ilk yoluxma faktlarında buna rast gəlinməyib. Yəni "Omikron"a yoluxanlarda dad və qoxubilmə itməyib. Lakin bu, sonrakı yoluxmaların da eyni cür baş verəcəyi anlamına gəlməməlidir. Mülahizə yürütmək üçün araşdırmaların sayı çox olmalıdır. "Omikron"un insanlara siçanlardan keçməsi fikri də alimlər tərəfindən təsdiqlənmir. Hər hansı variantın hansısa canlıda aşkarlanması, onun məhz həmin canlıdan insanlara yoluxduğu anlamına gəlməz. Virusun mutasiyaya uğraması üçün yayılması və çoxalması şərtdir. Virus insandan insan yoluxarkən də bir çox mutasiyalar ortaya çıxır. Bir virusun mutasiyaya uğraması üçün hansısa heyvandan insan keçməsi lazım gəlmir. Viruslar insandan insana yoluxduqda daha çox mutasiyaya uğrayır.
"Omikron"la bağlı hazırda 3 fərziyyə var: insandan başqa bir heyvana keçib, heyvanlar arasında yayılıb, təkrar insana keçib; virus insanlar arasında uzun müddətdir yayılmaqda və çoxalmaqdadır; immuniteti zəif insanlar – xərçəng, ya da AİDS xəstələrində bu virusa rastlana bilər. Virusu nəzarətdə saxlamaq çətin olduğundan yayılır və insandan insana keçərək mutasiyaya uğrayır.
Peyvəndlərin qoruyuculuğuna gəlincə, Ə.Ağacfidan deyib ki, məsələn, “Pfizer” peyvəndinin qoruyuculuğunun üstün olduğu bildirilir, lakin virus mutasiyaya uğradıqda daxilindəki proteində dəyişiklik baş verir, deməli, peyvəndlərdə də dəyişiklik edilməlidir ki, qoruyuculuq effekti yeni varianta uyğun olsun.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm