Burada yaşayan kişilər sağlam və uzunömürlüdür
Yusif Nəzərli
02:09 27.06.2025
Sağlamlıq
422
Elmi araşdırmalar göstərir ki, dünyanın ən sağlam və uzunömürlü kişiləri İtaliyanın Sardiniya adasında yaşayır. Bu nəticəyə “Sardiniya adasında uzunömürlülük ilə xarakterizə olunan coğrafi ərazinin müəyyən edilməsi” adlı elmi tədqiqat gəlib. Araşdırma “Experimental Gerontology” jurnalında dərc olunub və bölgədə 1880 ildən sonra doğulan kişilər arasında aparılıb.
Tədqiqatda “Extremal Uzunömürlülük İndeksi” (ELI) istifadə olunaraq, Sardiniyanın Nuoro bölgəsində yüz yaşlı kişi sayı hesablanıb. Məlum olub ki, bu dağ kəndlərində kişilər arasında centenarian (100 yaş və üzəri) faizi dünyanın digər bölgələri ilə müqayisədə daha yüksəkdir.
Mütəxəssislər uzun və sağlam ömrü genetika, fiziki aktiv həyat tərzi, təbii qidalanma və güclü sosial əlaqələrlə izah edirlər. Sardiniyalı kişilərdə ürək-damar, xərçəng və demans kimi xəstəliklərin daha az rast gəlinməsi də bu bölgəni fərqləndirir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və “Global Burden of Disease” araşdırmasının nəticələrinə görə, dünyanın ən qısa ömürlü kişiləri Afrika ölkəsi olan Çaddda yaşayır. Son statistikaya əsasən, burada kişilərin orta ömür uzunluğu cəmi 53 il təşkil edir. Bu göstərici dünya üzrə ən aşağı göstəricilərdən biridir. Saglamolun.Az
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət
Çap mediasına dövlət dəstəyi: Müsabiqənin qalibləri məlum oldu
13:45 01.07.2026
Media
İran və ABŞ arasında dolayı danışıqlar Dohada keçirilir
13:03 01.07.2026
Dünya
Bakıda uşaq 5-ci mərtəbədən yıxılıb, vəziyyəti ağırdır
12:52 01.07.2026
Hadisə