
Estetik əməliyyatlar epidemiya şəklini alıb: Qazanan yalnız plastik cərrahlardır
Yusif Nəzərli
15:36 21.12.2024
Sağlamlıq
763
Bir neçə gün öncə Bloger Nərmin Bəylər qızı Mehdiyeva vəfat edib.
Onun bədənşəkilləndirmə əməliyyatı etdirəndən sonra vəziyyəti pisləşib.
Qadın əməliyyatdan iki gün sonra aptekə gedib, daha sonra evdə meyiti tapılıb.
Məlumata görə, N.Mehdiyeva orta təhsilini yarımçıq qoyub, ailədə beş bacı olublar. N.Mehdiyevanın boşandığı, bir qız övladı olduğu bildirilir.
Son illərdə Azərbaycanda estetik əməliyyatlar nəticəsində gənclərin həyatını itirməsi halları artmaqdadır. Bu hadisələr, bir daha göstərir ki, estetik əməliyyatlar zamanı mütəxəssis həkimlərə müraciət etmək olduqca vacibdir. Bu cür hadisələr, estetik əməliyyatların risklərini və mütəxəssis həkimlərə müraciətin vacibliyini bir daha vurğulayır. Estetik əməliyyatlara müraciət etməzdən əvvəl, mütəxəssis həkimlə məsləhətləşmək və əməliyyatın risklərini diqqətlə qiymətləndirmək önəmlidir.
Mütəxəssislər plastik əməliyyat etdirənlərin təxminən 60%-nin yeni görünüşlərindən razı olmadığını bildirirlər. Bu narazılığın səbəbləri arasında sosial mediada qeyri-real gözəllik standartlarının təbliği və şəxsi narazılıqlar yer alır.
Bundan əlavə, bəzi estetik əməliyyatlar ciddi fəsadlara yol açır.
Ümumiyyətlə, estetik əməliyyatların artması ilə bağlı narahatlıq doğuran hallar mövcuddur. Bu səbəbdən, estetik əməliyyatlara maraq göstərən şəxslərin etibarlı və təcrübəli həkimlərə müraciət etmələri, əməliyyatların risklərini və mümkün fəsadlarını diqqətlə nəzərdən keçirmələri vacibdir.
Psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirib ki, insanlar estetik əməliyyat qərarlarını müxtəlif motivasiyalarla verirlər:

“Əksər insanlar elə düşünür ki, burnunu kəsən kimi yaxud da her hansi estetik cərrahi müdaxilə etdirdikden sonra həyatı dəyişəcək və daha çox seviləcək. Amma əməliyyatdan sonra görürlər ki, bunlar baş vermirş Bu zaman isə onlarda ruh düşkünlüyü yaranır. Hətta vəziyyət xroniki depressiyaya, stressə gətirib çıxardır ki, bundan sonra artıq müəyyən patoloji xəstəliklər də əmələ gələ bilər. Bəzi həkimlərin müayinəsiz, tələm-tələsik etdikləri əməliyyat çox təəssüf ki, ağır fəsadlara, ölüm halının baş verməsinə səbəb olur. Estetik əməliyyatlar bum yaradaraq epidemiya şəklini alıb. Bu prosesdə qazanan isə yalnız plastik cərrahlardır. Onlara müraciət edənlər heç bir şey qazanmırlar, əksinə, çox şeyi itirirlər və bunun fərqində deyillər. Fərqinə varanda isə çox gec olur və geri dönüşü olmayan yolda olurlar. İnsanlar başa düşmək istəmirlər ki, cərrahi əməliyyat təkcə orqanizmə vurulan böyük fiziki travma deyil, həm də mənəvi-psixoloji travmadır. Plastik əməliyyatların epidemiyaya çevrilməsində əsas səbəb də dəb, psixiatrik patologiya və nəhayət, induktiv psixozdur. Keçmiş Sovet vaxtında bu gün dəbdə olan həmin bu plastik əməliyyatları, demək olar ki, etmirdilər. Səbəb də o idi ki, plastik əməliyyat etmək üçün çoxsaylı mütəxəssis rəyi tələb olurdu. Həmin tələblərin siyahısında birinci yerdə də həkim-psixiatrların rəyi gəlirdi. Ondan sonra plastik əməliyyatın hansı orqanda aparılmasından asılı olaraq həmin mütəxəssisin rəyi tələb olunurdu. Əgər həmin əməliyyatın edilməsinə, həqiqətən, ehtiyac duyulurdusa, tutaq ki, adam qəzaya düşüb, üzü tanınmaz olub, yaxud burun çəpərində problem var, nəfəs ala bilmir, o zaman plastik əməliyyat edilməsinə icazə verilirdi.Yəni bu məsələlər mütəxəssislərin ixtiyarında və məsuliyyətində idi. Əgər əməliyyat səbəbi insanın yaşamasına heç bir halda mane olmurdusa, sadəcə, adamın ürəyi belə istəyir deyə plastik əməliyyat etməzdilər. Belə məsələlər müzakirə olunmadan və mütləq şəkildə həkim-psixiatrın rəyi nəzərə alınmadan mümkün deyildi.Allah necə veribsə, insan o cür olmalıdır. Kompleks yaradırsa, adaptasiya olmalıdır. Psixoterapevtə getməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm
Azərbaycanda miqrasiya prosedurları elektronlaşdırıldı
14:05 27.07.2026
Gündəm
Azərbaycan İstanbula yeni baş konsul təyin edib
13:40 27.07.2026
Gündəm
Kraudfandinq fəaliyyətinin hüquqi çərçivəsi müəyyən edilib
13:26 27.07.2026
Rəsmi
Azərbaycan mühacirlərinin "Aras"ı
13:22 27.07.2026
Tarix
Faktiki hava açıqlanıb
13:20 27.07.2026
Ekologiya