
İnfarkt gəncləşir, yaş həddi azalır - HƏKİM FAKTORLARI SIRALADI
20:06 06.08.2025
Sağlamlıq
461
Süni əzələ orqanizmi öldürür, isti havalarda idman həvəskarları diqqətli olmalıdır
Həkim deyir ki, ürəyin düşmənləri enerji içkisi, "fast-food", gecə yuxusuzluğudur
Yayda qanın qatılaşması səbəbindən yaşlı və risk qrupunda olan xəstələrdə insult təhlükəsi artır. “Medicina” xəbər verir ki, bu barədə Dövlət Təhsil Universitetinin tibb fakültəsinin cərrahiyyə kafedrasının müəllimi Aleksandr Umnov danışıb və profilaktika tədbirlərini sadalayıb. Bildirib ki, duzlu və yağlı qidalar yayda insult təhlükəsini artırır. İlin bu vaxtı qida rasionunda təzə tərəvəz və meyvələr, balıq və bitki yağları olmalıdır.
Bundan əlavə, istidə fiziki fəaliyyət məhdudlaşdırılmalıdır. O qeyd edib ki, yayda qan təzyiqinə və nəbzinə xüsusi diqqət yetirilməlidir. Onların kəskin sıçrayışları riskin artdığını göstərə bilər. Onun sözlərinə görə, təbii materiallardan hazırlanmış yüngül paltar geyinmək, birbaşa günəş işığından qaçmaq və kifayət qədər su içmək vacibdir. Həmçinin, insultun qarşısını almaq üçün siqaretdən və spirtli içkilərdən imtina etməlisiniz.

Həkim-terapevt Şahvələd Məmmədov da Sherg.az-a açıqlamasında hazırda havaların kəskin isti keçdiyini nəzərə alaraq təkcə risk qrupuna aid olanların deyil, hər kəsin sağlamlıqla bağlı önləyici tədbirlər almalı olduğunu dedi:
- Bəli, kəskin isti, həmçinin şaxtalı, soyuq havalarda da infarkt və insult riskləri böyükdür. Problem damar genişlənməsi və sıxılmasıdır. Ötən əsrdə ürək-damar xəstəlikləri yaşlı insanların xəstəliyi hesab olunurdusa, indi vəziyyət tamamilə fərqlidir. Gənclər, yeniyetmələr, hətta azyaşlılar arasında da ürək qüsuru ilə doğulanlar, ürək-damar xəstəliyi riski olanlar var. Yaş həddi hər il azalır. Bu da keçirdiyimiz həyat tərzi ilə birbaşa bağlıdır. Əgər yaşlı insanlarda ürək xəstəlikləri yaşla əlaqədar qanın qatılaşması, hərəkətsizlik, digər yanaşı xəstəliklərin təsiri ilə güclənirsə, gənclərdə birbaşa həyat tərzi ilə bağlıdır. Nə qədər demək olar ki, rəngli, qazlı, enerji içkilərindən, spirtli içkilərdən, yağlı yeməklərdən, "fast-food"lardan, qızartmalardan uzaq durun, hərəkət edin, idmanla məşğul olun, gəzin, yuxu rejiminə riayət edin! Bunlar sağlamlığın təməl daşlarıdır. İdmanla məşğul olun dedikdə, bəziləri bunu da səhv anlayır. Trenajor zallarına gedib, külli miqdarda pul ödəyərək əzələlərini şişirdirlər. Bu, xüsusi dərmanlar vasitəsilə əzələyə süni görkəm verməkdən başqa bir şey deyil. Dərmanla şişən əzələ orqanizmə heç bir fayda verə bilməz. Sağlam idman başqadır. Fiziki hərəkətlər, gün ərzində heç olmasa bir saat piyada gəzmək, orqanizmi oyandıran, süstlükdən çıxaran hərəkətlər var. Sağlam qidalanma da əsasdır. Damarları tutan zərərli yağlar, zərərli qidaların qəbuludur, damarlar kirəcləşir, nəticədə qanın sərbəst dolaşmasına mane olur, qanda qatılıq yaranır, ürək normal qidalana bilmir, beləliklə, infarkt təhlükəsi yaranır.
Ş.Məmmədov bildirdi ki, isti havalarda maye qəbul etmək vacibdir, lakin bu, təmiz, saf su olmalıdır:
- Sudan savayı başqa heç də orqanizmin su ehtiyacını tam ödəmir. İsti havalarda bədəndəki su böyük miqdarda buxarlandığı, sərf olunduğu üçün mütləq su ehtiyatı görülməlidir. Yaxşı olar ki, əlimizin altında daim təmiz, adi su olsun. Vaxtlı-vaxtında yuxu rejiminə riayət etmək də vacibdir. Gündə 7 saatdan az yatmaq stress səviyyəsini ciddi şəkildə artırır. Xüsusilə 23:30-03:00 arası yuxunun ilk yarısı çox qiymətlidir. Bu saatlar orqanizmin ən çox yenilənən dövrüdür. Yüngül qidalanmaq, meyvə-tərəvəzlərə üstünlük verilməlidir. Günəş şüalarından qorunmaq lazımdır. Günün pik saatlarında çimərlikdə olmaq çox təhlükəlidir. Ümumiyyətlə, hər hansı narahatlıq hiss etdikdə, mütləq həkimə müraciət edilməlidir. Zamanında müdaxilə xəstəlik təhlükəsini minimuma endirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət